dini radikalizm və ekstremizmlə mübarizə

Yaponiyada yaşlı insanlar sürücülük vəsiqəsindən imtina ediblər

Yaponiyada yaşlı insanlar sürücülük vəsiqəsindən imtina ediblər
Yaponiyada 2018-ci ildə yaşlı sürücülərin günahı səbəbindən ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinə görə rekord sayda sakin könüllü olaraq sürücülük vəsiqəsindən imtina edib.

Djb.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Yaponiya Baş Polis İdarəsi məlumat yayıb. Bildirilir ki, ötən il 75 yaşdan yuxarı 292 min 89 nəfər sürücülük vəsiqəsini geri qaytarıb. Bu, 2017-ci illə müqayisədə 38 min 152 nəfər çoxdur. Bunun sürücülük vəsiqələrinin könüllü qaytarılması ilə bağlı proqramın başladığı 1998-ci ildən bəri rekord göstərici olduğu da vurğulanır.
Əlavə olaraq qeyd edilir ki, 2018-ci ildə Yaponiyada 75 və daha yuxarı yaşlı insanların törətdiyi yol-nəqliyyat hadisələri nəticəsində 460 nəfər həlak olub.

Oxunub: 544
Oxşar xəbərlər
SON XƏBƏRLƏR