
Gözəl qış günlərinin birində Əminə xanımın sevincinin həddi –hüdudu yox idi. Bayırda qar burma –burma yağırdı. Qar dənəcikləri yağdıqca insanı düşündürür , hər bir qar dənəsi fərqlidir. Bir-birinə bənzəmir .Təbiətin bu gözəlliklərini seyr etdikcə insan mənən dincəlir.Bu fəqliliyi heç kəs nə memar, nə alim nə bir başqa sənətkar gerçəkləşdirə bilməz . İnsanlar da belədir öz daxıli və xarici görünüşləri, xasiyyətləri, mənəviyyatları ilə. Əminə xanəm neçə illərdi bu günü görməyin həsrətiylə yaşayırdı . Turqut bəyin iki qızı bir oğlu var idi . O Əminə xanımla birlikdə çox xoşbəxt bir ailə qurmuşdular. Evladlari da ali savadlı , ağıllı , tərbiyəli idilər . Qızları Sənəm və Səkinə ailə qurmuşdular . Tural balanın sevincinə qohum-əqraba gəlmişdi .Hər kəs ailəyə göz aydınlığı verirdi . Tural bəy də çox sevincli idi . O sevdiyi qızla evlənmişdi, ata-ananın xeyir duasını almışdı . Qardaş toyunda ən çox sevinən bacılar da Allaha şükranlarını bildirirmək üçün Şükür namazı qıldılar . Gəlin Röya xanım iki il özünü çox məsum aparırdı , hər kəsdə ondan məmnunluq duyurdu . Bir gün anası zəng edir, Röya necəsən ?-yaxşıyam ana ...
Ana : ağəz o qaynan qaynatan necədi ?
Röya : ana onlar da yaxşıdı .Tural da yaxşıdı narahat olma .
Ana : sənə dediklərim yadınnan çıxmayıb , ağəzz yadında saxla ki o evin ağası sənsən .O qoca qaynana ,qaynatana da yerini bildir .Necə ki mən vaxtında qocalara yerini bildrdim və evin ağası mən oldum .
Narahat olma ana, hər şey sən deyən kimi olacaq . İl ötdü , ay ötdü Röya dünyaya bir oğul , bir qız gətirdi . Yavaş –yavaş anasının tapşırdığı kimi evin ağası olmaq vaxtı çatmışdı . Tural islam şəriətinə uyan bir ailədə tərbiyəalmışdı. Ailədə -atanın ananın bir sözü iki olmazdı . Peyğəmbər hədislərindən bizə gələndən birlik ki ailənin təməli onda möhkəm olur ki atanın,ananın ailədə evladlarına nəsihəti halallıq , səmimiyət olsun Mehribançılıq , ləyaqət bu ailənin əsas meyarı idi . Ailə həmişə səhər və axşam yeməklərini süfrə başında birlikdə oturub yeyərdilər .Masa arxasında atanın- ananın və evladların öz yeri var idi . Axı ailə də kiçik bir dövlətdi . Hər ev ,hər ocaq bir ziyarətgahdı . Hecə ki məktəbdə müəllimin öz yeri , şagirdin öz yeri olduğu kimi bu ailədə də islam dinin şəriətinə uyan adət -ənənələr davam etdirilirdi. Bu da ondan irəli gəlirdi ki ailə başçıları Allahın quluydu, şeytanın yox . Evlərinə ancaq halal ruzu gətirərdilər, qul haqqına girməzdilər. Yaşadıqları həyat tərzindən də məmnunluq duyardılar . Ailənin imkanları da yaxşı idi . Röya yavaş- yavaş dil açmağa başlayırdı . Evdə böyüklərə olan diqqəti yavaş-yavaş azalırdı . Röyanın ailəsi isə tam fərqli olaraq sən demə zahirdə tam başqa evdə bir başqa imiş . Ata -ana şeytanın qulu imiş . Atasının qızına nəsihəti belə olur. Bax ha sən mənim qızımsan iki uşaq anasısan evin bütün pulu –parası səndə olmalıdır . Birinci ərini sonra da qaynana qaynatanı özünə tabe et .Axı sənin iki uşağı var .Onlar Turalın varisləridir . Röya, narahat olma. ata . Anası bizi də unutma ki, dolanışığımız çətindi . Axşam olur Tural evə gəlir yorgun idi yuyunur ,çox acmışam Roya ata –anam, uşaqları da gətir süfrəni qur , onlar da gəlsin şam yeməyini yeyək. Röya qocaları neynirsən gəl biz yeyək onlar da həyətin qarını təmizləyib , gəlib özləri yeyərlər . Tural Röyanı tanıya bilmirdi .Həmişə ata- anasına hörmətlə yanaşan gəlin indi çox etinasız qocalar deyə müraciət edir . 5-10 dəqiqə böyükləri gözləmək istəmir .Nə baş verir deyə ürəyində düşündü . Röya maaşını aldınmı? Tural maaşı alanda həmişə anasına verər və ailənin bütün ehtiyaclarınnı ödəyərdilər . İndi Röya yox mən edəcəm bazarlığı pul məndə olmalıdı . iki uşaq anasıyam evin ağası da mən olmalıyam . Tural yaxşı ki, bu xoşagəlməz danışıqları böyüklər eşitmədi deyə düşündü. O Röyanı başa saldı ki, birlik, mehribançılıq olan yerdə ruzu, bərəkət olar. Anam sənin bir sözünü iki etmir .Axı sənin bütün istəkləri yerinə yetirir, üstəlik sənə aylıq xərclik də verir ki, birdən nəsə istəyərsən ona deməzsən . Yox bu evin ağası mən olmalıyam vəssalam.
Tural:- Röya sənə nə olub, mən səni tanıya bilmirəm? Bu vaxt qaynana –qaynata gəldi və Tural heç nə olmamış kimi süfrədə öz yerini tutdu . Yemək yedilər , hər kəs öz otağına keçdi .Röya otaqda da deyinməyə başladı . Tural çox nəsihətlət etdi .Röya Nuh dedi peyğəmbər demədi ki, bəs bu evin ağası mənəm olmalıyam. Tural əsbləşdi düşündü ki onu bir daha tənbeh etdi . Röya bir gün yenə Tural, mən olmalıyam bu evin ağası deyəndə Tural hirsləndi və Röyanı qeyri –ixtiyarı necə vurdusa Röya tir-tap yerə uzandı. Bu vaxt Turalın bacısı gəldi .Gördü ki Röya yerə uzanıb .Ay Tural bəs Röya niyə yerə uzanıb deyəndə . Tural bacı, o bu evin ağasıdı kefi necə istəyir hara istəyir orda da durur . Ağanın kefi belə istəyib ....
Bir gün Məhəmməd Peyğəmbərə sual verirlər ya Rəsulullah evlənəndə hansı cəhətlərinə görə qız seçməliyik ? 1.Madiyyata görə, 2.zahiri görünüşünə görə ,3.imanına görə . Peyğəmbəriiz cavab verir : evlənəndə imanına görə yarınızı seçməlisiniz . Nə qədər doğru . Rəbbim hər kəsə imanlı . Allah dostlarınnan qohum eyləsin . Şeytaın qullarından uzaq eyləsin Aminn..
Qeyd : çox gümankı bunu çoxları bilir.Bilməyənlər üçün Allahın qulu və şeytanın qulu kimlərdi onu açıqlamaq istəyirəm . İnsanı Allah-Təala üç bədəndən yaradıb. 1.fizik bədənimiz zahiri aləmə məxsusdur. 2. ruh bədənimiz əmr aləminə . 3.nəfs bədənimiz –bərzaq aləminə məxsusdur.Nəfs haqqında Qurani –Kərimin 91-ci Şəms surəsinin 7-ci ayəsində “And olsun nəfsə ,onu yaradıb surət verənə”. Belə ki, Allahın qulları o insanlardı ki , bizi yaradan Allaha, onun 4 müqəddəs kitabına “Tövrat”,”Zəbur” “İncil” ,”Qurani-Kərim”ə inanır və Allahın əmrlərinə əməl edirlər. Peyğəmbərimizə inanırlar. Belə insanlar Allahın rəhmani ipindən tutanlardı və hidayətə uğrayanlardı . Addım- adım cənnətə yaxınlaşanlardı .
Şeytanın qulları tam əksinə : nəfsin 19 zülmani afətlərini açıqlayıram .
1.Cəhalət (33-cü surə Əzyab 7-ci ayə )
2.Xəsislik (17 surə İsra -100 ayə)
3.Dedi-qodu (49-cu surə Hucurət 12- ayə)
4.Fitnə-fəsad (13-cü surə Rad -25-ci ayə )
5.Həsəd və düşmənçilik (4-cü surə Nisa -54-cü ayə)
6.Həris və şəhvət (100-cü surə Adiyat -8-ci ayə, 19-cu surə Məryəm-59 ayə)
7.Üsyan (5-ci surə Maidə 78-ci ayə)
8.Mübtəlalar (5-ci surə Maidə-90-ci ayə)
9.Kin və nifrət (5-ci surə Maidə -8 ayə , 17-ci surə İsra 41-ci ayə)
10. Kibir və qurur(4-cü surə Nisa -173 ayə)
11.Küfr (3-cü surə Ali -İmran 176 ayə)
12.Riyakarlıq (107-ci surə Maun 6-cı ayə)
13.Nankorluq(11-ci surə Hud surəsi 9-cu ayə)
14.Hirs və qeyz (3-cü surə Ali -İmran 134-cü ayə)
15. Səbrsizlik (67-ci surə Ənam 57-ci ayə )
16.Vəfasızlıq (17 surə İsra -34 ayə)
17.Yalan (43-cü surə Zuxruf -25-ci ayə )
18.Zənn (53-cü surə Nəcm -23-cü ayə)
19. Zülm(4-cü surə Nisa -30 ayə)
Bu afətlər hər bir insanda var çünki Rəbbimiz 13-cü Əsr surəsi 2-ci ayədə “ Həqiqətən, insan ziyan içindədir.”, başlancıqda bütün insanların dəlalət içində olduğunu deyir bunu heç kim inkar edə bilməz hər bir insanda isə bunların şiddəti fərqlidir. Yəni birində yalan söyləmək afəti çoxdur, birində qiybət ,birində şəhvət başqa birndə isə səbirsizlik və.s.Bu afətlərinin təzkiyəsini (təmizlənməsini) etmək üzərimizə əmr edilib (5-ci surə Maidə-105-ci ayə).Nəfs təskiyə olmadıqda (təmizlənmədikdə) bir insan namaz qılsada oruc tutsada , həccə getsədə ,islamın başqa şərtlərini etsə belə o insanın əxlaqında müsbət dəyişmə olmayacaq.Şeytanda davamlı olaraq bu afətlərə təsir edərək insanları davamlı aldadaraq günah etdirəcək.
Cvahir Qaraqızı
Oxunub: 0