dini radikalizm və ekstremizmlə mübarizə

Həsən ORUCOĞLU qəlbinin inciləri


MƏNİM GÖZÜM SƏNİN YERİN DEYİLDİ

Gözümün çölündə axtardım səni,
Gözümün içində tapmışdım yenə.
Gətirdim gəzdiyin güllü çəməni,
Enmişdin gözümün dərinliyinə.

Dedim ki,qoyaram gözümün üstə
Otura bilmədin gözüm içində.
Yox oldun dumanda,yox oldun çisdə
Niyə gözdən itdin izim içində?

Gözümün həm ağı,qarası idin
Sənə hər gün-saat...çəkirdi keşik.
Gözümün qovrulan qorası idin,
Gör sənə harda yer,məkan vermişik?!

Mən səni qıymazdım...kipriklərimin,
Sıyrılıb çıxasan qəm yaşlarından.
Kədərin görsəydin... hörüklərinin,
Asılı qalmışdım baxışlarından.

Qəlbim də dolandı,
könlüm bulandı,
Bir yuxu görmüşdüm...yuxum çin çıxdı.
Gözlərim işığa,nura qalandı
Uzağı görürəm...axır cin çıxdı.

Gözdən elə düşdün...sən elə düşdün,
De,harda özünü verdin sərinə.
Əlimi yandırdın...istidə bişdin,
Qoya da bilmirəm indi yerinə!

SƏN BAŞA DÜŞMƏDİN,DÜŞMƏDİN MƏNİ...

Qaranlıq gecəmi gündüzə qatıb,
Elə kipriyimlə mən od götürdüm.
Taylarım başını yastığa atıb,
Özümsə üstümə bir ad götürdüm...

Yazdım tarixini--kəndin izini,
Qayalı kəkliyin,düzlü turacın.
Qaynar bulağını,lal kəhrizini
Laləli,nərgizli yalın-yamacın!...

Nəğmə də yazdım ki,qanadlarında
Hərdən baş vurasan əngin səmaya.
Bir oyun havası muradlarında,
Yararlı olasan elə-obaya...

Sən başa düşmədin,düşmədin məni
Ancaq aydan-aya çəkildin başa.
İşıqlı görmədim sənin kölgəni,
Çox düşdük yağmura,düşdük yağışa...

Yaxşılıq eləyib yaxşı olma sən,
Elə yaxşı ol ki,yaxşılıq elə.
Ürəyə təzədən axıb dolma sən,
Sənə bir inam yox,dönərsən selə!

"Daldan atılan daş topuğa dəyər",
Yoxdur ta səndən mənim istəyim.
Kişi öz işiylə özünü öyər,
Elə öz gücümlə ayaq üstəyəm!...

Mənə ilham verən,mənə ruh verən
Yenə də,yenə də torpağım oldu.
Məni soraqlayıb,indi hey görən,
Saralmış bir payız yarpağım oldu!...

SƏN ZƏNGİLAN ŞƏHƏRCİYİM-MASAZIR!
(Kövrək duyğulu,həzin bir nəğmə mətni)


Ürəyin deyirəm...necə genişdir,
Sinəndə mininə yer də vermişdir,
Bir dahi filosof,düha demişdir
Adam heyrətindən az qalıb azır,
Sən Zəngilan şəhərciyim-Masazır!

Fikrimi,hissimi sənə yığmışam,
Coşqun dağ çayı tək...elə axmışam,
Bir isti köksünə gəlib sığmışam,
Olmusan sən mənə xilaskar-xızır,
Sən Zəngilan şəhərciyim-Masazır!

Nələr gəlib bitdi...sənin qoynunda,
Dada çatdı harayımda,hayımda
Sənsən mənim büsatım da,toyum da
Bu gün də yolunda hər kəsin hazır,
Sən Zəngilan şəhərciyim-Masazır!

Qoymadın üzülək,darıxaq yenə
Oxşadın Yurdumun gözəlliyinə,
Yaraşır çiçək tək libas əyninə,
Ruhumu duyubdu,ruhuma sızır
Sən Zəngilan şəhərciyim-Masazır!

Qızıl kimi Zəngilana oxşadın,
Yazıldı "Süsən"-ə,həkk oldu adın
Doğma torpağıma qatışdı dadın,
Həsrətə,nisgilə hey quyu qazır,
Sən Zəngilan şəhərciyim-Masazır!

Atmaram mən çölə sənin külünü,
Heç nəyə vermərəm "Duzlu göl"-ünü,
Könlümdə tapmışam...sənin könlünü,
İndi könlüm sənə nəğmələr yazır,
Sən Zəngilan şəhərciyim-Masazır,
Sən Zəngilan şəhərciyim-Masazır!

İNDİ SEVGİ DE...NƏ GƏZİR!

Qan qaynayır,dolanır qan
Közə dönüb...eləcə yan,
Sonu nisgil,həsrət,hicran
Ömür boyu səni əzir,
İndi sevgi de,nə gəzir.

Bir-biriylə ötüşübdu,
Ocaq altda bir bişibdi,
Həlim,düyü gen düşübdü,
Aşsüzən tək səni süzür,
İndi sevgi de,nə gəzir.

Ya çətində,ya da darda,
Şahə qalxan...varsa harda,
Qırçın-qırçın dalğalarda,
Qayalara dodaq büzür,
İndi sevgi de,nə gəzir.

Ay-ulduz da yumur gözün,
Toranlıq da örtür üzün,
Şeh bürüyüb gülün dizin,
Bu xəbərdən külək təzir,
İndi sevgi de,nə gəzir.

Qəfil gəldi qulağa səs,
Ta qalmayıb...məndə həvəs,
Görən kimin yerinə bəs,
Bir günahsız ürək əsir?
İndi sevgi de,nə gəzir!

DAHA SEVİB QURTARMIŞAM!

Mən nələri sevməmişəm,
Nələr məni sevməyib ki...
Sevdiklərim əldən çıxıb,
Çiçəklikdən,güldən çıxıb.

Uçub gedib...dildən çıxıb,
Qaçıb gedib...eldən çıxıb,
Mən nələri görməmişəm,
Mən nələri sevməmişəm,

Nələr məni sevməyib ki?!
Daha sevib qurtarmışam,
Daha qorxum qurtarıbdı,
Daha qorxub qurtarmışam...

Sevən yuxum qurtarıbdı,
"Sevda" qoxum qurtarıbdı.
Kim nə deyir...mənə desin,
Kim nə qədər sevir...sevsin!

Tutub bura gətirmişəm,
Mən sevgini bitirmişəm.
Bir işidi...ta olmuşdu,
Mənə əziz,mənə xoşdu.

Sevgi azad,pərvaz quşdu!
Kim könlündən keçir...keçsin,
Geniş səma olmasa da,
Bu quşlara nə var,axı
Deyirəm..səmasız bir quş olmasın.
Hara uçur...elə uçsun,
Təki hava boş qalmasın!

Oxunub: 149
Oxşar xəbərlər
SON XƏBƏRLƏR