dini radikalizm və ekstremizmlə mübarizə

YERDƏ DƏ MƏLƏK YAŞAYIR


2019-сu ilin sentyabr ayı idi, bir neçə gün idi ki, Kazan şəhərindən Azərbaycana, Vətənimə dönmüşdüm.
Növbəti kitabımı çap etdirmək üçün “Adiloğlu” nəşriyyatına gəldim, çox hörmət bəslədiyim, gözəl şairə bacım ,”Axırıncı Güllə” kitabımın redaktoru olmuş Nəcibə xanım İlkin də orada idi.Оrdan-burdan, keçmişdən, gələcəkdən söhbət edirdik ki, оtаğa bir xanım daxil oldu, başında hicabı, bir az kədər və məsumluq yağan gözləri ,həyatın enişli-yoxuşlu, acılı-şirinli anlarından xəbər verirdi. Ciddiliyi, eyni zamanda səmimiyyəti, geyim tərzi, danışıq mədəniyyəti, Azərbaycan xanımına məxsus bütün müsbət çalarları özündə cəmləşdirən ziyalı bir xanım təsüratı yaradırdı.Əslən Azərbaycanın dağlar qoynunda yerləşən, saf bulaqlar məsgəni, gözəl təbiət mənzərəsilə əhatə olunan Yardımlı rayonundan idi.
Şair və yazıçıların əsərlərini, təsisçisi və rəhbəri olduğu “djb.az»saytında təmənnasız paylaşan şairə-publisist, gözəl xanım, Almaz İlahə Əhmədova, nə yaxşı ki, sizin kimi yaxşılar var, yoxsa həyat cansıxıcı, maraqsız olardı.

ODLAR QIZI

Sən də bir mələksən,Vətəndi yurdun,
Qadınlıq qürurun qəlbində qurdun.
Halal zəhmətinlə ayaqda durdun,
Sən ey “Odlar qızı”, Almaz İlahə!

Haqqı, ədaləti vermədin bada,
Başın əyilmədi dostlara, yada.
Kasıb imdadına yetişdin dada,
Sən ey “Odlar qızı”, Almaz İlahə!

Sən də bir əsgərsən, əlində qələm,
Gəzirsən Vətəni hey qədəm-qədəm.
Şuşaya gedəndə kaş, mən də gələm,
Sən ey “Odlar qızı” ,Almaz İlahə!

Mələksən, göylərdən enmisən yerə,
Bütün vücudunla düşmənsən şərə.
Başında hicabla örnək şəhərə,
Sən ey “Odlar qızı”, Almaz İlahə!

Sübhan Abasbəyli oldu qardaşın,
Şəhid anaları bacın, sirdaşın,
Vətənin hər yeri sənin yurddaşın,
Sən ey Odlar qızı, Almaz İlahə!
Sən ey dağlar qızı, Almaz İlahə!


Sübhan Abasbəyli
AYB,AJB-nin üzvü, “Qızıl Qələm” Media mukafatı laureatı,
Tatarstanda Azərbaycan Diasporasının sabiq sədri

Oxunub: 403
Oxşar xəbərlər
SON XƏBƏRLƏR