Türkiyənin Ankara şəhərinin Etimesqut rayonunda korrupsiya istintaqı çərçivəsində keçirilən əməliyyat zamanı bələdiyyə sədri Erdal Beşikçioğlu saxlanılıb.
Əməliyyat korrupsiya ittihamları üzrə aparılan istintaq çərçivəsində həyata keçirilib.
Məlumata görə, hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində Erdal Beşikçioğlu saxlanılaraq istintaqa cəlb edilib. Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, Erdal Beşikçioğlu 2024-cü ildə Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi kimi Etimesqut bələdiyyə sədri seçilib. O, siyasətə qoşulmazdan əvvəl Türkiyənin tanınmış teatr və kino aktyorlarından biri kimi fəaliyyət göstərib.
Oxunub: 0