dini radikalizm və ekstremizmlə mübarizə

Həsən ORUCOĞLU poeziyasından incilər


QIŞIN ATDIM

"KƏNDİM MƏNİM ƏSƏRİMDİR" KİTABIMDAN MİNİATÜRLƏR


Heç bilmirəm nə tapmışdım,
budağımdan tez qopmuşdum,
yoxluğuna darıxmışdım,
darıxmağın daşın atdım.

Payız ömrün sarısıdı,
ayrılığın yarısıdı,
sevməsən...üz qarasıdı,
qocalığın yaşın atdım.

Qar qapını heç kəsməmiş,
yolu məndən tez küsməmiş,
sevdam dodaq bax büzməmiş,
içindəki qışın atdım.

Xəbərlərdən olduq dəli,
qanımızı sorub zəli,
başımız da olub əlil,
gözlərimin qaşın atdım.

Qoşa zərim yeklənirdi,
yükləndikcə...yüklənirdi,
günü-gündən təklənirdi,
tənhalığın işin atdım.

Hissim,duyğum çox yatırmış
elə bildim bal dadırmış,
qəlbim məni aldadırmış,
baş qatanın başın atdım!

NƏĞMƏM OLDU MƏLƏK MƏNƏ

Elə yedim yağlı-yavan,
xoş gəlmişdi suyun-havan,
görməsəm də mən bir divan,
divan tutdu fələk mənə.

Olmadı yol rahat,hamar
kasıb üstə çox it cumar,
vermədi heç sığal,tumar
bir meh mənə,külək mənə.

Bəlkə gözü su içmədi,
əynimizə don biçmədi,
körpümüzdən heç keçmədi,
yaxın durmaz kələk mənə.

Arzu oldu,murad oldu
gözəl,göyçək bir ad oldu
ömür oldu,həyat oldu
yenə bircə bələk mənə.

Maral gördüm yaralıdı,
heç demədim haralıdı,
durub məni qaraladı,
nəğməm oldu mələk mənə!

MƏNİM ŞEH QİSMƏTİM...

Kim kimdən yarıyıbdı,
mən də səndən yarıyam.
həzin mehin yerinə,
saçlarını darayam.

Səni yolun gözləyir,
məni yolum izləyir.
bir gül dərə bilmədim,
çəmən məni dizləyir.

utancaq bir bənövşə,
elə ismətim oldu.
ətrini duymasam da,
şehi qismətim oldu.

Oxunub: 346
Oxşar xəbərlər
SON XƏBƏRLƏR