İnsan! Əl çək dünya cəh-cəlalından,
Kasıblara payla bir az malından,
Bixəbərsən qəbrdəki halından,
Axirətin sevən sevməz dünyadan!
Dostum, sənə xeyir gəlməz dünyadan!
Sən addım atırdın təkəbbür ilə,
Yaxşılıq edirdin təşəkkür ilə,
Necə yaşadın sən bu təfəkkür ilə,
Alim olan heç vaxt ölməz dünyadan!
Dostum, sənə xeyir gəlməz dünyadan!
Adam kimi həyatı yaşayasan,
Yalnız xeyiri, halalı dadasan,
Gözünü açıb görürsən ki, haradasan?!
İmkanı olsa, o, gəlməz dünyadan!
Dostum, sənə xeyir gəlməz dünyadan!
Ömrə baxma gözəllərin gözüylə,
Məhv etmə özünü sevgi közüylə,
Özünü qərq eylə Allah sözüylə,
Çünki, gedən, bir də, gəlməz dünyadan!
Dostum, sənə xeyir gəlməz dünyadan!
Boş-boş fikirlərə əsla qapılma,
Sənin olmayana əsla asılma,
Pislikləri görüb heç də qısılma,
Yaxşılığın varsa, ölməz dünyadan!
Dostum, sənə xeyir gəlməz dünyadan!
Bir qız səni sevsə, sən də sev onu,
Əyninə geyindir bahalı donu,
Allah təki xeyir etsin hər sonu,
Son pis olsa, kimsə gülməz dünyadan!
Dostum, sənə xeyir gəlməz dünyadan!
Fikirləş ki, kimə nə etmisən sən,
Hansı pis yollara çox getmisən sən,
Bir gün deyərlər ki: "Dost! İtmisən sən!"
İzi olan iz itirməz dünyadan!
Dostum, sənə xeyir gəlməz dünyadan!
Burax məhəbbətin, sevginin başın,
Neyləyirəm onun qara göz-qaşın,
Qardaş, sənin az deyil, çoxdur yaşın!
Ağlı olan mal köçürməz dünyadan!
Dostum, sənə xeyir gəlməz dünyadan!
Sən də yazırsan hər təbin gələndə,
Şeir hazırdır, qələmin gələndə,
Ərtoğrul, bir gün sevgilin gələndə,
Vəfalıdırsa, tərk etməz dünyadan!
Dostum, sənə xeyir gəlməz dünyadan!
Ərtoğrul Mehdizadə
Oxunub: 723