İndiki dövrün bir çox gənc ailələrinə baxsaq, görərik ki, onların böyük bir əksəriyyəti rusdilli olmaqla yanaşı, həm də milli adət-ənənələrdən uzaq və xarici təfəkkür ilə yaşayanlardırlar.
Özləri azmış kimi, hələ azyaşlı və heç nəyi anlamayan körpələrinə də rus dilində, daha doğrusu, xarici dillərdə danışmağı öyrədir, onları milli təfəkkürdən uzaq salır və onları Azərbaycana qarşı tamamilə yad bir insan kimi formalaşdırırlar. Təbii ki, körpə uşaqların beyni ağ kağız kimidir: oraya nə yazsan, ölənə qədər elə də gedəcək.
İndi isə, görün ki, bu gənc ailələr nə dərəcədə nankor, bədbəxtdirlər ki, övladlarına vətən sevgisini, vətən amilini, daha doğrusu, vətən məfhumunu aşılaya bilmirlər, aşılamaqda acizdirlər və canları çıxır. Əslində, qəsdən aşılamaq istəmirlər. Çünki, özlərinin də qanı çirkli, südü pozuq və sümüyü isə əyridir. Hamıya aid etmirəm və bu sözlərdən heç kim də inciməsin. Nə varsa, hamısı düzdür.
O ailələr Azərbaycanın milli mətbəxində bişsələr də belə, amma çox təəssüflər olsun ki, xəmirləri bizim undan deyil.
Bunların təlim-tərbiyə etdiyi, yad düşüncədə böyütdüyü uşaqlar sabah vətənə necə sahib çıxacaqlar? Sabah bunlardan vətənə necə əsgər olacaq? Bunlardan necə vətənsevər, necə həkim və necə müəllim olacaq? Məntiqlə fikirləşərkən, görürsən ki, bu, artıq heç bir kitab-dəftərə sığmır. Elə başıpozuq ailələrdə xarici düşüncədə böyüdülən uşaqlar, əlbəttə ki, sabah bu məmləkətin düşmənləri ilə əlbir olaraq bizlərə qənim də kəsilə bilərlər. Necə ki, 1920-ci ildə belə oldu: vətənimizdə yaşayan və qarışıq, haramzadə nankorlar kommunistlər ilə birləşərək vətənsevər millətimizə divan tutdular.
Təbii ki, Orta məktəblərdə rus bölməsində oxuyan, bütün günü rus telekanallarını izləyən, səhərdən axşama qədər rus dilində danışdırılan və xaricdə oxudulan uşaqlardan heç bir vətən sevgisi, bu torpağa bağlılıq gözləmək olmaz. Gözləməyin özü belə, ağılsızlıqdır.
Ona görə də, çox heyif ki, ölkəmizdə vətənpərvər gənc ailələr azdır. Az olmaqlarına baxmayaraq, tövsiyə edərdim ki, heç olmasa, onlar öz doğma balalarını vətənimizə, millətimizə, dövlətimizə, milli dilimizə, adət-ənənələrimizə, mentalitetimizə, mədəniyyətimizə, milli atributlarımıza, bir sözlə, bütün milli-mənəvi dəyərlərimizə çox bağlı bir şəkildə böyütsünlər və bu ruhda tərbiyə etsinlər. Onlar bu müqəddəs vətənin gələcəyi, gözünün nuru və ümid işığıdırlar.
Allah bu vətənə, millətə və dövlətə o qədər güc və əzəmət bəxş etsin ki, öz milli kimliyini əbədiyyən, daha doğrusu, axirətə qədər qoruyub saxlaya bilsin, amin!
Sonda isə onu demək istəyirəm ki, çox şükürlər olsun, bu məmləkətdə elə vətənsevər ailələr, oğul və qızlar vardır ki, daha Azərbaycanı sevmək və bu vətənin qayğısını çəkmək hər hansısa bir yabançı mədəniyyətə bağlı olan, rus dilində danışan, Azərbaycanın çörəyini yeyib, ancaq Azərbaycanın dilini bəyənməyərək yad dilləri ondan üstün tutan səviyyəsiz ailələrə və onların övladlarına qalmayıb!
Ərtoğrul Mehdizadə
Oxunub: 2 445