Yaz səhəridi ,qış hələ də öz hücrəsinə çəkilmək istəmir . Son soyuq ruzigarını bahara geyindirir. Yağışlı, çisəkli gündə dahi şair Nizami, Məhsəti diyarına çatdıq. Gəncə mənə doğma ,sevimli şəhərdi . Biz hər dəfə Gəncəyə gedəndə çox isti münasibət ,səmimiyyət görmüşük. Bəli Gəncədə bir evin ocağını yandıran Zərrər baba Tamam nənə adlı müdrik, halal zəhməti ilə dolanan bir cütlük yaşayırdı. İllər keçdi bir ocaq dörd ocaq oldu .Dörd oğul atası Zərrər baba oğullarının hamısına ev tikdi evləndirdi, böyük bir ailə oldular. Hamısı mehriban , islam qaydalarına uyğun böyük kiçik sayan gəlinlər ,oğullar . Mən elə gördüm bu ailəni . Hər dəfə Gəncəyə gedəndə bu böyük ailənin hamısı Zərrər baba, Tamam nənənin yaşadığı ata ocağına yigisar .Deyə- gülə qonaqlarla bir süfrə arxasında çörək yeyərdilər.
Hər kəsin alnına bir zaman dilimi yazılır. Bu nənə -baba da ož ömürlərini yaşayıb ləyaqətlə bu dünyadan haqq dünyasına köç etdilər.
Bu dəfə Gəncədə bizi Zərrər babanın kiçik oğlu Rəsul və Samirə xanım qarşıladı. Onlarda böyüklərdən aldığı tərbiyə ilə çox mehriban səmimi qonaqpərvər idilər. Rəsul bəyimizin bir oğlu bir qız övladı var. Hər ikisi universitetdə oxuyur. Çox mehriban ,gülərüz balalar yetişir cəmiyyətimiz ,vətənimiz üçün. Samirə xanım o qədər saf , o qədər ürəkli bir xanımdı ki, mən bu evə qədəm qoyanda özümü tam rahat hiss edirəm. Qonaq getdiyin evdə qonağın gəlişindən zahirən olmasada daxilən narazı qalan ev sahibinin ûzündə mütləq nur cizgilərini neqativ cizgilər əvəz edir. Samirə xanım çay süfrəsində bilirsən Cavahir xanım oğlum universitetə qəbul imtahanı verirdi. Mən gecə Allaha dua etdim ki oğlum universitetə qəbul olsun ... Gecə yatdım yuxumda sizi gordum . Yuxudan duran kimi ailə üzvlərinə yuxumu danışdım .Elə bil içimdəki təlatümlərə bir səbr gəldi. , çünkü nə müşkül işim olsa səni yuxumda gorsəm həmin müşkül iş həmişə xeyirlə bəhrəsini verərdi. İndi də oğlum Zərrərə də dedim ,nəvə Zərrərə Allah Kərimdir için rahat get imtahana. Bəli , nəvə Zərrər imtahan verdi və çox keçmədi adı universitetə qəbul olanların siyahısında çıxdı. Mən və şairə dostlarım Şöhrət ordenli, qızıl qələm mukafatı lauriyatı, Turan ellərinin sevimlisi ,çox saylı medallar, diplomlar lauriyati Səadət Buta, sevilən şairə Səadət Novruzqızı , Qafqazmedia İB -nin Sədri ,xeyriyyəçi Hacı Azadə-Taleh Abbasqızı , şairə xanəndə İlhamlı zirvəyə medallı Ziba Huseynova təbəssüm edərək Samirə xanimın necə uşaq məsumiyyətilə yuxuya inancından danışmasını həvəslə dinləyirdik. Hə Cavahir xanım sonra qızım Səbinə də eynilə universitetə qəbul imtahanı verəndə yenə yuxumda səni gordum. Elə bil Allahın bir mesajı idi ki darıxma qizin da qəbul olacaq .Elə də oldu qîzim da universitetə qəbul oldu. Ailəmin sevinci yerə göyə sigmirdi. Bu arada deyim səni ozumun qoruyucu mələyi sandım .Yuxuma girməyinlə ailəmizə sevinc bəxş etdin .Müşkül işlərimiz düzəldi. Mən və şairə dostlarım bu saf qəlbli gəlinin ailəsinə evladlarına bağlılığını görüb onu daha çox sevdik. Samirə həvəslə Səadət Butani Rəsula təqədim etdi. Rəsul sən sevdiyin mahnı var ,"Ay nadan gözəll" mahnısımnin müəllifi Səadət Buradır. Rəsul xoş bir ttəbbnəssüm etdi. Samirə mətbəxdə şairləri nə qədər çox sevdiyini. söylədi.Mən get onlarla xatirə rəsmi çəkdir dedim . Cəvahir xanım. Siz gəlin birlikdə şəki çəkdirək . Mən Samirəənin içindəki o hörmətli ,intellekt səviyyənii görüb daha çox sevdim . Bəli evlad valideyinin güzgüsüdür. Evladın üzündəki səmimiyyət də əsl nəcabətindəki kökdən gəlir. Kökündə ,südündə ,riyakarlıq, saxtakarlıq ,yalan, olan mütləq qanla, südlə gələcək nəslə də ötürülür. Mən Samirə xanıma ,Rəsul bəyə yaxşı ki ,varsız deyirəm, yaxşı ki , elə saf bulaqlardan su içmisiz . Sizlərə öz dərin təşəkkürümü bildirirəm.
İbrahim peyğəmbər heç vaxt süfrəyə tək oturmazdı mütləq evinə qonaq gələrdi,onnan sonra bismillah deyib sufrəyə əl uzadardi. Evinə heç kəs gəlməyəndə yola çıxıb yolnan gedəni evinə gətirər sonra süfrəyə əyləşərdi. Ona görə İbrahim peyğəmbərə İbrahimxəlil peyğəmbər adı vermişdi Allah-təala. Xəlil Dost mənasında yəni Allahın dostu . Bəli bizim Rəsul beyimizdə adını çox ləyaqətlə daşıyır Samirə xanım böyüklərin yolunu şərəflə addımlayır.
Rəbbim hər kəsin ocağına hal süd əmmiş, mərd dürüst kışının çörəyini yemiş gəlin nəsib etsin . Aminnn. Evdə gəliniň saxta davranısı olanda insan kənardan seyr edir və onun özünü nə qədər gülünc vəziyyətə saldığınin şahidi oluruq. Allah belələrində uzaq eyləsin bizləri. Aminnn!!!
Dünya yaxşılarındır.
Cəvahir Qaraqızı
Oxunub: 5 532