Çağdaş Azərbaycan poeziyasında və nəsr yaradıcılığında özünəməxsus qələm sahibi olan nümayəndələrdən biri Xatirə Xatundur.
Səfərəlizadə Xatirə Rəfail qızı 15 sentyabr 1968-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. Ali təhsillidir, Azərbaycan və rus dilləri üzrə filoloqdur. 2003-2007-ci illərdə LDU-da Dünya ədəbiyyatı fənnini tədris etmişdir. 2013-cü ildə "Bu sevgidən nə qalacaq görəsən" adlı ilk şeirlər kitabı işıq üzü görmüşdür. “Qızıl Qələm" mükafatı laureatı, Azərbaycan və İraq Türkmən Yazarlar birliyinin üzvüdür. 2014- cü ildə öz ifasında “Məni belə xatırla" adlı şeirlər albomu çıxmışdır. Şeirləri ,,Ömür", ,,Atəş", ,,Ömürdən yarpaqlar" və s. bir sıra antologiya və almanaxlarda dərc olunmuşdur. Ədəbi təxəllüsü Xatundur. Heca, sərbəst və əruz vəznlərində yazıb yaradır,xüsusən əruzda yazdığı qəzəllər Xatirə Xatun poeziyasının müasir ədəbiyyatımızdakı yerini,çəkisini müəyyən edir. Nəsrdə gözəl oçerklər yazır. Qələmindən süzülən cümlələr şeir kimi axıcı və poetikdir. "Ləmdə bir yay axşamı", "Yay gecəsində alma yağışı", "Astaradan Ərdəbilə gedən yol", "El üçün yanan Elçin" və Lənkəranın 60-dan çox şəhidinə yazılmış oçerklər müəllifidir. Ailəlidir, iki oğlu var.
Xatirə xanım həyatın zərbələri qarşısında möhkəm dayanmağı bacaran qadın, çox sədaqətli dost, alovlu vətənpərvər, xalqına, millətinə,elinə-obasına ,adət-ənənələrə bağlı ziyalı, çox qayğıkeş və nümunə götürüləsi gözəl anadır.
Əzizim, səni təbrik edirik. Qəlbindəki bütün arzularının həyata keçməsi diləyilə doğum günün mübarək olsun.
Ceyran Həsənova
Oxunub: 2 685