dini radikalizm və ekstremizmlə mübarizə

Səyavuş Yusifovun söz boxçasından incilər


Varlığıma xəyanətlər ar gəlir

Dost dediyim dost olmadi zay oldu,
Can dediyim can olmadı vay oldu.
Yarı canan dərdimə nay nay oldu,
Xəyanətdən dünya mənə dar gelir.
Varlığıma xəyanətlər ar gəlir.

Cox görmüşəm bu dünyanln zillətin,
Insanlarln bir-birinə nifrətin,
Atin- itin sahibə sədaqətin,
Görmüşəm ki, tamam düz illqar gəlir,
Varlıgıma xəyanətlər ar gəlir.

Bəs nə edim olanlara ay lələ,
Bu yük məndə ta əbədi bir şələ.
Xəyanətlər böyüyür ildən ilə,
Bülbül ucur oylagına sar gəlir.
Varlığıma xəyanətlər ar gəlir.

Get gelədi, gəl gedədi bu dunya,
Kişi görünən tam gədədi bu dunya.
Lap əzəldən lap belədi bu dunya,
Nuru gedir cəhənnəmdən nar gəlir.
Varlıgıma xəyanətlər ar gəlir.

Ay baba qurban olayım çarə nə,
Yardim elə mən yazıq biçarənə.
Ümüd qalıb manəvi şəccarənə.
Ahı fəganilə qəllbə zar gəlir,
Varlığıma xəyanətlər ar gəlir.

Səyavusam ömrü vurram başa mən,
Alın yazım dəysə daşdan- dasa mən.
Mən bir yoxam sən əbədi yasa mə'n.
Gülüstana xar üstünə xar gəlir,
Varlığıma xəyanətlər ar gəlir.


Xəlbirim toz içində

Fələk saldı toruna, ürəyim dərd içində,
Ələyim ələnibdir, xəlbirim toz içində.

Gəzirəm, dolaşıram, dünyanı bir seyyah tək,
Hər tərəfdə savaşdır, insanlar yas içində.

Müharibə yaşatdı,fələk mənə gencikən,
El-obamı dagıtdı, yurt-yuvam qan içində.

Vətənpərvər gənclərim,səngərlərdə döyüşdü,
Analar aglar qaldı, gözləri yaş içində.

Sonra qaçqın damğasın, yapışdırdı çiynimə,
Bizə qaçqın dedilər, qaçqınam el içində.

Sonra sevgi yaşatdı, fələk mənə məcnun tək.
İndi həsrət çəkirəm, sevgilim qəm içində.

Bu dünya hara gedir? Saf sevgilər dağılır,
İnsanlar qısırlaşır, çox gənci dəm içində.

Ənənələr dağılır, seryallarda dəbdədir,
Böyük- kiçik qalmayıb, bu dəyərlər içində.

Onsuzda yaşamırsan, niyə gileylənirsən?
Səyavuş şəmin sönüb, minlərlə şəm içində.


ATA

Başımı başına söykəmişəm mən,
Hər zaman hər yanda güvənim Ata!
Vuqarla hər yerdə söyləmişəm mən
Məni məndən artıq sevənim, - Ata!

Ruhunu sərmisən varlığıma sən,
Sənsiz mənim üçün ruhsuzdur bədən.
Xəyala dalarkən ürəyin nədən ,
Vətəni unutma deyənim Ata!

Ruhunun əlləri sarar boynumu,
Gözlərim isitməz ağlar qoynumu.
Bu dunya seytanın fitnə oynunu,
Namərdi, nakəsi əyənim Ata!

Gəzirəm sərsəri ordan oraya,
Qara-aga çıxır agı-qaraya.
Sənsizlik yetişmir haya haraya,
Necə bu faniliyi bəyənim, Ata?!


Əzizim

Qaçdın ömür boyu səadətindən,
Səni sevənlərin sədaqətindən,
Dadmadın sevginin şəadətindən,
Ürkək ceyran təki, qaçma əzizim.
Qaçıb uzaqlarda yanma əzizim.

Boş-boş xulya qurub oduna yanma,
Ayını itirib gününə yanma,
Şirindil insanın sözünə yanma,
Qurunun oduna yanma əzizim,
Həyatı boşuna vermə əzizim.

Bu həyat beş gündür deyib dədələr,
Üçünü yaşayıb, qırxı keçənlər,
Allahın işinə əməl edənlər,
Yolunu heçzaman azmaz əzizim,
Haqqı nahaqqa verməz əzizim.

Hər gün doğan kimi doğulur insan,
Ömrünə bir səifə hazırlıyırsan,
Doğum günlərini xatırlayırsan,
Hər anın şən olsun sənin əzizim,
Qəm, qüssə yaşatma mənə, əzizim.

Oxunub: 2 301
Oxşar xəbərlər
SON XƏBƏRLƏR