dini radikalizm və ekstremizmlə mübarizə

Sübhan Abasbəyli poeziyasının incilər


Qoru Türkiyəmi, ey Uca Rəbbım.

Yenə qıydı sənə qaniçən düşman,
Çətin günlərimin köməyi,qardaş!
Yanır meşələrin,kəndlərin,aman!
Oldun həyatımın məlhəmi,sirdaş,
Çətin günlərimin köməyi,qardaş!

Ürək nalə çəkir, ucalır fəryad,
Bu gün faciəmi bayram edir yad.
Ola düşmənlərin yurdları bərbad!
Axır ürəyimdən damla-damla yaş,
Çətin günlərimin köməyi,qardaş!

Təbiət odlanıb,yanır,kül olur,
Dünya gözlərimdə saralır,solur,
Ürək göz yaşıyla ağlayır,dolur,
Düşəydi баisin başına bir daş!
Ağır günlərimin köməyi,qardaş!

Nəhəng ölkələrlə üz-üzə durdun,
Haqlının haqqını onlardan sordun,
Haqsızın başından,əlindən vurdun,
Açdın düşmənlərə mərdanə savaş,
Sən ey dar günümün köməyi ,qardaş!

Sənsən dünyalarda ən əsas hakim,
Sənsən qibləgahım,bir ayrı heç kim,
Qoru Türkiyəmi, ey Uca Rəbbim!
Sübhan da duaçı,qurubdu bardaş,*
Çətin günlərimin köməyi,qardaş!


Gəl salam göndərək Azərbaycana.

Dedim ki,gəl gəzək çölü,çəməni,
Əl-ələ,göz-gözə çıxaq dağlara.
Şirin gülüşlərin ucaltsın məni,
Dönək xatirəyə,keçmiş çağlara.

İçək bulaqların mavi gözündən,
Təbiət qizının girək qoynuna.
Keçək İstisudan,Cıdır düzündən,
Sarılaq Vətənin doğma boynuna.

Dönək axar suya,vəhşi bir selə,
Yuyaq torpağımın kirli izlərin.
Müzəffər bayrağım ucalsın zilə,
Oyaq gavurların xain gözlərin.

Minək şimşək ata,dünya eşitsin,
İrəvan, Zəngəzur ağlar, yaralı,
İlahi, yardım et, ayrılıq bitsin,
Naxçıvan qalmasın ayrı,aralı.

Bir salam söyləyək Laçın,Şuşama,
Cəbrayıl,Fizuli,Hadrut,Ağdama,
Kəlbəcər,Qubadlı,o Zəngilana,
Doğma ana yurdum Azərbaycana.


Yalan ayaq açır,gəzir dünyanı.

Hiylə,riyakarlıq girib qol-qola,
Süzür ölkləri gözündə dəhşət.
Xəyanət toxumun əkirlər yola,
İblisin dostları sarıb hər yanı,
Yalan ayaq açır,gəzir dünyanı.

Yoxdur ürəklərdə inam,etibar,
Üzlərində həya,abır,ismət,ar,
Fikirləri qara,düşüncəsi dar,
Sözü düz ilqarlı indi bes hanı?
Yalan ayaq açır,gəzir dünyanı.

Kimə göstərirsən ülfət,ehtiram,
Kələylə bəzənir kəsdiyi kəlam.
Yerişi,duruşu qərəzkar,haram,
Zamanın Sahibi qurar divanı,
Yalan ayaq açir,gezir dünyani.

Gəlib pul istəyir,borc alıb gedir,
Deyir,qaytararam,and-aman edir.
Vaxt tamam olanda yox olur,itir,
Borc verən axtarır,tapmır ünvanı,
Yalan ayaq açır,gəzir dünyanı.

Düz söz eşidilmir,verilmir qiymət,
Dolaşır dillərdə,sevilir qeybət,
Təkəbbür,nadanlıq olub müsibət,
Müftəxor işləmir,tapır dalanı,
Yalan ayaq açır,gəzir dünyanı.

Gedir aramızdan,gözəllik solur,
İçimiz pisliklə qaynayıb dolur.
Haqsızıar haqlının başını yolur,
Pula,mal-dövlətə satır imanı,
Yalanlar çoxalır,gəzir dünyanı.

Çətindir ayırmaq əyrini düzdən,
Məkirli sözləri seçilmir üzdən.
Qara pərdəsini asıbdı gözdən,
Getdikcə dəyşilir atadan qanı,
Yalan ayaq açır,gəzir dünyanı.

Hər gün bir kədərlə üzülür ürək,
Ya da kor olasan həyatda gərək,
Çirkinliyi görüb biz necə dözək?
Bazarda hərraca qoyublar canı,
Pozğunluq çoxalır,gəzir dünyanı.

Sübhan,qartal uçar dağ zirvəsinə,
Enməyək nadanlıq səviyyəsinə!
Səs ver yaxşıların haray səsinə!
Allahım,zalıma vermə amanı!
Yalan,ayaq açma,gəzmə dünyanı!


DƏNİZ

Dəniz,yadındamı bir qız,bir oğlan?
Gəzərdi qoynunda sənin bir zaman.
Mavi gözlü qızı sevərdin sən də,
Qalıbmı onlardan ürəyində iz-
Sən ey mavi gözlü dalğalı dəniz?

Yanına gələndə tutub əl-ələ,
Şaqraq ləpələrin dəyib sahilə,
Sevinib baxardın hey gülə-gülə.
Darıxardıq səni görməyəndə biz,
İlk görüş günləri ey mavi dəniz.

O mavi gözləri salanda yada,
Gəlirəm yanına,çatırsan dada.
Ürəyim dincəlir sənə baxanda,
Olmusan bizlərə mehriban,əziz,
İlk görüş günləri ey mavi dəniz.

Bir gün sahilinə gələrək mehman,
Gördün tək gəzirəm,eylədin fəqan.
Dalğalar sordular səbəbin haman,
Külək də qanadın sallayıb səssiz,
Baxmadın üzümə ey mavi dəniz.

Oxunub: 1 857
Oxşar xəbərlər
SON XƏBƏRLƏR