Niyə bu ənənə yox oldu?
Sanki, ölkəyə yeni bir dəb gəlib. "Filankəs it gəzdirirsə, gərəkdir ki, mən də gəzdirəm!" düşüncəsi formalaşıb. Bu yad təfəkkür heç şəkk-şübhəsiz ki, Azərbaycan xalqının mentalitetinə zərrə qədər belə olsun ki, uyğun gəlmir.
Yollardan, küçələrdən və parklardan keçmək, skamyalarda oturaraq Allahın təmiz havasını qəbul etmək heç cür mümkün deyildir. 100/99% adamın əlində yırtıcı itlər var, hətta biri ilə kifayətlənməyib də 3-4 ədəd it hərləyən belə var.
Nə oldu? Məgər insan yoxdurmu ki, itlər ilə dostluq edirlər?! Qəfildən və sonda öz sahibini qapan itdən dost olmaz. İnsanlarda sədaqət, vəfa, etibar qalmayıb, Allahın dilsiz-ağılsız və şüursuz heyvanında nə sədaqət arayırlar?!...... Daha anlamıram.
Heyvanlar ilə mütəmadi olaraq ünsiyyətdə olan adam axırda özü də heyvanın şüurunda olur. Çünki, bu kimi hallar elmi cəhətdən də təsdiqlənir. Milli el məsəllərinə də baş vursaq, görərik ki, müdrikcəsinə deyilmiş "Atı atın yanına bağlasan, həmrəng olmasa da, həmxasiyyət olar" kəlamı bu mövzuda öz yerini tapmış olar. Avropadan bizə heç bir xeyir gəlməmişdir. Təbii ki, bütün bu yeni dəblər Avropa və Qərb ölkələrindən əxz edilmişdir. Elə bir baxış əmələ gəlib ki, güya beş nəfər it gəzdirirsə, əgər bir nəfər gəzdirmirsə, deməli, o adam səviyyəsiz və geridə qalmış sayılır. Yəni ki, indiki adamların dünyagörüşünə görə belədir.
Evində 7-8 ədəd it saxlayan adam vardır. Görün, bəzi insanlar nə qədər qudurmuşdur ki, uşaq arabasında it gəzdirirlər. Yaşlı kişilər və qadınlar ibadət və nəvələri ilə məşğul olmaq əvəzinə utanmaz-utanmaz it gəzdirir. Buna nə ad vermək olar? İnsan bu cür naqis hərəkətləri görərkən, elə bil, ayağının altından yer qaçır.
Hətta Uca Allahın aləmlərə rəhmət olaraq göndərdiyi Həzrəti Məhəmməd peyğəmbər(s.a.s) belə evdə it saxlamağı qadağan edərək belə buyurmuşdur: "İt və şəkil olan evə mələklər girməz!" Bu qədər müdrik, hikmətli və elm dolu kəlamları eşidə-eşidə və bilə-bilə ondan nəticə çıxartmayan cahil vətəndaşlarımız vardır. Bundan əlavə, it evin bütün xeyirini, ruzi-bərəkətini və xoşbəxtliyini aparır. Çünki, ənənələrimizə və mənəvi inancımıza görə, itin ulaması bədbəxtlik əlamətidir və həmin evə yalnız bədlik, göz yaşı, acılıq gətirir.
Rayonlarda, kəndlərdə, qəsəbələrdə, küçələrdə nə qədər sahibsiz və quduz itlər vardır. Azərbaycanda hər il ölən yüz nəfərdən yarısı məhz it dişləməsindən və itin hürməsindən qorxaraq xəstələnib ölür. Köpək gənc qıza, uşağa və qocaya rəhm etmir. Ölkədə nə qədər sahibsiz it sürüsü vardırsa, hamısı yığışdırılmalıdır və bu məmləkətdə nə qədər it gəzdirən adam aşkardırsa, hər biri cəzalandırılmalı və itləri əllərindən alınmalıdır! Çünki, onlar cahilcəsinə başqa insanların həyatı ilə oyun oynayırlar. Əgər bir it hər hansısa adama hücum edərək onu ölümcül hala salsa, bunun cavabını kim və nə cür verəcəkdir? Özü də ki, itlər daha çox azyaşlılara saldırır... Bəs uşaqların günahı nədir? Məgər ata-anaları onları hər hansısa bir yırtıcı köpəyin qurbanı olması üçünmü və yaxud da ki, hər hansısa bir cahil adamın əlində gəzdirdiyi itin hədəfinə çevrilməsinə görəmi böyüdərək boya-başa çatdırmışdı? Əlbəttə ki, xeyr. Buna heç kim haqq verə bilməz. Bəzən itlərin ipini açaraq sərbəst buraxırlar, amma o boş başları ilə fikirləşmirlər ki, görəsən, özbaşına buraxdıqları it nə edəcək: qarşısına çıxan azyaşlıya zərər verə bilər, ya yox?! Yaşlı adamın üstünə atıla bilər, yoxsa onun yanından düz keçərək yoluna davam edəcək?
Yenə də ümidiz yalnız Azərbaycan polisinədir! Polislərimiz ictimai təhlükəsizliyin və milli əmin-amanlığın keşikçiləri sayılırlar. Gərəkdir ki, onlar bu cür eybəcər halların qarşısını elə vaxtında alsınlar ki, axırda pis nəticələr, göz yaşları, ağrı-acılar və sönmüş arzular olmasın. Təbii ki, ictimai təhlükələrdə həmişəki kimi hər zaman yada düşən yeganə köməkçi qüvvə məhz Azərbaycan polisi olur.
"Sahibsiz itlərin yığışdırılması və ictimai yerlərdə it gəzdirənlərin cəzalandırılması, cərimələnməsi və itlərinin əllərindən alınması, it gəzdirməyin tamamilə qadağan olunması" adı altında layihə həyata keçirilməli, rəsmi dövlət qərarı ilə qadağası təsdiqlənməli və bu qanunun ölkə üzrə qüvvəyə minərək icrası hüquq-mühafizə orqanlarına həvalə edilməlidir. Başqa çarəsi yoxdur. Yoxsa, itlər hələ çox can alacaqlar.
Ərtoğrul Aypar
Oxunub: 3 579