dini radikalizm və ekstremizmlə mübarizə

MƏNƏM


MƏNƏM

O tay,bu tay mənəm Vətən,
Dağlarında gülü bitən,
Gül bağinda bülbül ötən,
Təbriz-Dərbənd,Əhər mənəm,
Qüssə-kədər,qəhər mənəm!

Həsrət qalıb,yaşlar tökən,
Qolların qoynuna bükən,
Durduqca gözü yol çəkən,
Ayrılıqdan dərdə düşən,
Hər bir günü zəhər mənəm!

Qalx ayağa söz de,qəti,
Tap özündə sən cürəti,
Birləşdirin bu Milləti,
Döyüşəndə güclü olan,
Açılan nur səhər mənəm!

Savalanam,Murovdağam Ölməmişəm hələ sağam,
Yağmur olub gərək yağam,
Bağlarında bəhər mənəm,
Abad olan şəhər mənəm!

Turkogluyam, Türkəm bilin,
Dusmənimə "görk"əm bilin,
Gələn ayım,gələn ilim,
Solmaz deyir,Türkün özü,
Barlı bağça,bəhər mənəm!!!
Təbriz-Dərbənd,Əhər mənəm!


Solmaz Şirvanlı

Oxunub: 659
Oxşar xəbərlər
SON XƏBƏRLƏR