dini radikalizm və ekstremizmlə mübarizə

ANALI DÜNYAM


Anacan, gəl mənə bir nağıl danış!
Uşaq tək inanım nağıllarına.
Unudum dünyanın dərdi-sərini,
Eləcə aldanım nağıllarına.
De ki, ölməmişəm, sağ salamatam,
Söylə ki, yuxumu alıb gələrəm.
Söylə ki, atan da yatmaq istəyir,
Söylə ki yerini salıb gələrəm.
De ki, ölüm nədi, mən ölməmişəm,
De ki, elə sən də ölməzsən bala.
Elə yalan de ki inandır məni,
Elə nağıl de ki yadımda qala.
Kim deyib bu dünya dağılan deyil,
O, analı dünyam dağıldı ana!
Sənsiz inanmıram nağıllara mən,
Sənsiz bu dünyam da nağıldı ana!

Etibar Vəliyev

Oxunub: 779
Oxşar xəbərlər
SON XƏBƏRLƏR