dini radikalizm və ekstremizmlə mübarizə

XIX ƏSR AZƏRBAYCANININ YEGANƏ ƏSİL KİŞİSİ VƏ TƏNHA SƏRKƏRDƏSİ: GƏNCƏLİ CAVAD XAN ZİYADXAN OĞLU.


RƏHMƏT VƏ SAYĞI İLƏ ANIRIQ!

XIX əsr Azərbaycanımız üçün işğallar dövrü kimi tarixə həkk edilmişdir. Bu ərəfədə vətən övladlarının tutduğu mövqe bəlli olacaq idi. Çar Rusiyası qəflətən yürüş edərək yurdumuza hücum etdi. O zamanlarda Azərbaycan xanlıqlardan ibarət idi və hər vilayətin xanı da özünü padşah hesab edirdi. Lakin bir yerə qədər...... Heç vaxt işğallar ilə barışmayan, başını dik tutan, onurlu və şərəfli, övladlarını belə vətən uğrunda fəda edən bir sərkərdə var idi. Rus generalının "Təslim ol!" məktubuna "Sən Gəncəyə yalnız mənim və övladlarımın meyidinin üstündən keçərək girə bilərsən!" cavabını vermişdi. Onu ilk növbədə ən yaxşı tanıyan gəncəlilərdir, sonra Azərbaycan xalqı. Bəli, o mərd kişi, igid sərkərdə məhz Cavad xandır! Şəhadətə çatmazdan əvvəl son dəfə bütün Azərbaycan xanlarını öz hüzuruna dəvət edərək onlara vahid düşmənimiz olan Rusiya imperiyasına qarşı bir cəbhədə birləşməyi təklif etdi. Onları vətənin bütövlüyü və istiqlaliyyəti uğrunda vuruşmağa, müqəddəs cihada səslədi. Amma çox təəssüflər olsun ki, bu haqq çağırışa səmimi qəlbdən cavab verən və onu dəstəkləyən bir qeyrətli xan olmadı. Çünki, hər biri öz xanlığını qorumağı düşünür və öz mənfəətini güdürdü. Ali "Vətən" anlayışı onları əsla maraqlandırmırdı. Cavad xan istisna olmaqla, bütün Azərbaycan xanları elə düşünür ki, güya onlar Rusiyanın təbəəliyinə keçmək ilə nə isə böyük bir mənsəb sahibi olacaqlar və yaxud da ki, yüksək dərəcəli mükafatlar alaraq firavanlıq əldə edəcəklər. Ancaq bunlar yalnız boş xülyaları idi. Əsil həqiqət, gerçək reallıq isə yalnız Cavad xanın yanında idi. Vətənin yeganə sadiq övladı sırf o, idi. Deməli, 1804-cü ilin yanvar ayının 4-ü idi. Artıq ölüm-qalım məsələsi var idi. Ya ölmək, ya da ki, digər xanlar kimi Azərbaycana və xalqa xəyanət edərək yurdu yadelli işğalçılara sataraq şərəfsiz bir həyat yaşamaq, öləndən sonra isə lənət yiyəsi olmaq...... Ancaq barəsində bu qədər ağızdolusu danışdığım Cavad xan, əlbəttə ki, vətən, millət uğrunda izzətli ölümü seçərək müqəddəs şəhadət şərbətini içdi. Allah düşməni, kitabsız, dinsiz-imansız kafir ruslara qarşı qəzavət etdi, igid gəncəlilər də öz xanlarının yavəri oldu. Birlikdə vuruşdular, Cavad xan və övladları qılıncdan keçirilərək şəhid oldular, Gəncə əhalisindən də bir çoxu öldürülərək şəhadətə yetdi. Əzəmətli qala rusların əlinə keçdi. Cavad xanın xatunu ona pul təklif edən generalın üstünə qılınc çəkdi, pullarını onun öz murdar sifətinə çırpdı. O da öz xanımlığını, Azərbaycan qadınına yaraşan şərəfli əxlaqını, rəftarını və hərəkətini göstərdi. Həqiqətən də, Cavad xanın donuz generala verdiyi cavab öz yerini tapdı: bəli, rus qoşunu yalnız Cavad xanın və övladlarının meyidinin üzərindən keçəndən sonra Gəncəyə girə bildi...... Vaxtı ilə, Cavad xanın haqq çağırışına etinasız yanaşan xanlardan biri olan Qarabağ xanı İbrahimxəlil xan da rusların təbəəliyini qəbul edəndən sonra Xankəndində öz çadırında ikən, ailəsi birlikdə qətlə yetirildi. Bəzi xanların da taleyi acınacaqlı oldu. Azərbaycanın və xalqımızın üzünü ağardan yeganə hökmdar məhz general Cavad xan olmuşdur! Uca Allah-Təala(c.c) ona qəni-qəni rəhmət etsin, amin!

Ərtoğrul Aypar

Oxunub: 1 384
Oxşar xəbərlər
SON XƏBƏRLƏR