“Prezident Donald Tramp Avropadakı ABŞ hərbi qüvvələrinin sayını azalda bilər”.
Djb.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Buna səbəb Ukrayna müharibəsinin nizamlanması ilə bağlı Vaşinqtonun təklif etdiyi plana Avropa ölkələrinin dəstəyini qazanmaqdır:
“NATO daxilində ABŞ-ın müttəfiqlərinə təzyiqlərinin azalacağına dair ciddi əminlik yoxdur. Hətta respublikaçılar Konqresə keçiriləcək aralıq seçkilərdə məğlub olsalar belə, Vaşinqtonun Avropaya münasibətdə sərt mövqeyini dəyişməyəcəyi ehtimal edilir.
Bildirilir ki, demokratların Trampın daxili siyasətlə bağlı təşəbbüslərinə mane olması ABŞ prezidentinin diqqətini xarici siyasətə yönəltməsinə və Avropa müttəfiqlərindən əlavə güzəştlər tələb etməsinə səbəb ola bilər”.
Məlumata əsasən, Pentaqon dekabr ayınadək ABŞ hərbi qüvvələrinin Avropada yerləşdirilməsi ilə bağlı yenidən qiymətləndirmə prosesini başa çatdırmalıdır:
“Bunun ardınca Tramp administrasiyası qitədəki Amerika hərbi kontingentini azaltmaqla yanaşı, NATO-nun ümumi büdcəsinə ABŞ-ın maliyyə töhfəsini də ixtisar edə bilər”.
Oxunub: 0