Əziz Atam dünyamı qaranlıq etdin gedişinlə.Sən qara torpağa köçəndən elə mən də öldüm,əzizim!10 ildir ki,sənsizlik ürəyimi çalıb,məni dünyanın ən bədbəxt bəndəsi edib.Daha məni əzizləyən,şirin şirin qızım deyənim yoxdur. Yatışına qurban olum Ata, bilirəm ki,nə qədər səsləsəm də gələn deyilsən! Övladlarından əbədi ayrıldığın günün 10 ildir,Allah sənə rəhmət eləsin! Məzarın nura boyansın.
GƏLƏN DEYİLSEN
Bir ömür səsləsəm,yoluna baxsam,
Bilirəm qayıdıb gələn deyilsən,
Dönüb ulduz olub, göylərdə axşam,
Qayıdıb bircə dəm gülən deyilsən!
Qayıt gəl gözümdə yaşımı gör get,
Başıma vurulan daşımı gör get,
Həsrətdən çatılan qaşımı gör get,
Yoxsa ki,dərdimi bölən deyilsən!
Gəl gör yazıq qızın necə qocalıb,
Bu ömrü fələkdən sanki borc alıb,
Dərddən şair olub guya tac alıb,
Nələr çəkdiyimi bilən deyilsən!
Həsrətin odunda yandı ürəyim,
O keçən günləri andı ürəyim,
Özünü məzarda sandı ürəyim,
Gəlib göz yaşımı silən deyilsən!
Solmazın baharı qışa dönübdür,
Həsrəti gözündə yaşa dönübdür,
Sızlayan ürəyi daşa dönübdür,
O yollar qayitmaz gələn deyilsən,
Ağlar gözlərimi silen deyilsen!
El qızı Solmaz Şirvanlı
Oxunub: 2 257