#Bu şeiri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycanın 1-ci xanımı, Mehriban Əliyevanın şəxsən özünə unvanlamişam! Artıq canımda olan ağrılara dözə bilmirəm,bir ömür boyu tək yaşayıb hər əzaba sinə gərdim,atadan qalan ev də zəlzələdən də zərbə alıb ucub üstümə gəlir,bir gün uçub mənim üstümə töküləcək,nə xəstə canımı müalicə üçün pulum,nə yaşamaq üçün evim yoxdur!Daha dözə bilmədiyim üçün göz yaşlarım axa-axa burda yazıb paylaşdım ki,bəlkə qələmə sarılıb Vətən qazisi, yazar Vətən qızına rəhmi gələ möhtərəm PREZİDENTİMİZİN və onun gözəl,adı kimi Mehriban xanımının! Məni bu halımda tək buraxmayın,Qardaş Türkiyədən dəvət aldığım festivala da gedə bilmirəm,səhhətimin ucbatından!!!!!!!
Yoxdur
Daha bu ev-eşik uçur üstümə,
Elə bil fələk də durub qəsdimə,
Güvən yox nə qohum,nə də dostuma,
Mənim bu halımı bilən də yoxdur!
Yuvası dağılmış bir quş olmuşam,
Ağrıya-aciya mən tuş olmuşam,
Kədər badəsindən bihuş olmuşam,
Ağlar gözlərimi silən də yoxdur!
Canda ağrılara dözmürəm daha,
Dualar edirəm göydə Allaha,
Daha ümidim yox açan sabaha,
Dərdimə ortağım,bölən də yoxdur!
Yoxdur bir kimsədən dalda, dayağım,
Üstümə çəkilsin Vətən bayrağım,
Canım cəsəd olub,solub növrağim,
Solmazam,mənimtək ölən də yoxdur!
Dərdimi anlayan,bilən də yoxdur!
Solmaz Şirvanlı
Oxunub: 1 149