Məncə, əsl oxucu olmaq üçün öncə kitabı sevməlisən, sonra müntəzəm mütaliə etməlisən və daha sonra hər hansı bir əsəri təhlil etmək hüququn və istəyin yaranacaq.
Yazıçı Vüqar Dəmirbəylinin əsərlərini oxuduqca insan mənən saflaşır, dolğunlaşır və özünü istər-istəməz hadisələrin mərkəzində hiss edir. Bu da müəllifin peşəkarlığından xəbər verir. Onun müəllif kimi özünəməxsus dəsti-xətti var. Oxucunu maraqlandırmaq baxımından xüsusi bir gücə malikdir. Oxucunun bu əsərlərin sehrinə düşməmək şansı yoxdur.
Vüqar Dəmirbəyli 1964-cü ildə Goranboy şəhərində anadan olub. 1982-ci ildə Bakı Dövlət Universiteti-nin filologiya fakültəsinə daxil olduqdan sonra, 1983-cü ildə Sovet Ordusu sıralarında hərbi xidmətə çağırılmışdır. 1985-ci ildən təhsilini davam etdirmiş və 1990-cı ildə BDU-nun filologiya fakültəsini bitirmişdir.
1990-cı ildən başlayaraq “Tərəqqi”, “Vışka”, “Addım” və “Yol” kimi qəzetlərdə işləmiş və ya yaxından əməkdaşlıq etmişdir. 1995-ci ildə “Kompas” ədəbi-ictimai qəzetini, 1996-cı ildə isə “Səmt” informasiya agentliyini təsis etmiş, həmçinin onların baş redaktoru və direktoru kimi fəaliyyət göstərmişdir.
1997-ci ildə onun “Gənclik” nəşriyyatı tərəfindən “Süddaşıyan”, 1999-cu ildə isə “Ozan” nəşriyyatı tərəfindən “Amerika kəşfiyyatçısı Azərbaycanda” adlı nəsr kitabları çap olunmuşdur.
Bundan başqa, “Azərbaycan”, “Ulduz”, “Literaturnıy Azerbaydjan” və “Çıraq” ədəbi jurnallarında hekayə və povestləri dərc edilmişdir.
1997-ci ildə Vüqar bəy Almaniyaya köçüb. Mainz, Frankfurt və Giessen universitetlərində kinoşünaslıq, teatrşünaslıq və slavyan filologiyası üzrə təhsil alıb. Almaniyanın müxtəlif qəzet və jurnallarında — məsələn “Frankfurter Neue Presse”, “Neues Deutschland”, “Frankfurter Rundschau”, “taz” və başqalarında — Azərbaycan, Rusiya, Qafqaz, Xəzər bölgəsi və Orta Asiya ilə bağlı yazıları çap olunub.
Bundan başqa, Almaniyanın müxtəlif şəhərlərində öz əsərlərinin ədəbi oxusunu keçirmişdir. V. Dəmirbəylinin “Pambıq plantasiyalarında” povestinin 2004-cü ildə Bavariya radiosunda ədəbi oxusu keçirilmişdir.
Məncə, əsl oxucu olmaq üçün öncə kitabı sevməlisən, sonra müntəzəm mütaliə etməlisən və daha sonra hər hansı bir əsəri təhlil etmək hüququn və istəyin yaranacaq.
Yazıçı Vüqar Dəmirbəylinin əsərlərini oxuduqca insan mənən saflaşır, dolğunlaşır və özünü istər-istəməz hadisələrin mərkəzində hiss edir. Bu da müəllifin peşəkarlığından xəbər verir. Onun müəllif kimi özünəməxsus dəsti-xətti var. Oxucunu maraqlandırmaq baxımından xüsusi bir gücə malikdir. Oxucunun bu əsərlərin sehrinə düşməmək şansı yoxdur.
Yazıçı hal-hazırda vətəndən uzaqda yaşamağına baxmayaraq, ürəyi Azərbaycanla döyünür. Tez-tez uşaqlıq, gənclik illərini, dostlarını yada salaraq bəlkə də bununla qürbətdə təsəlli tapır. Onun ədəbi irsi dünyada tanındıqca, Azərbaycan ədəbiyyatı da öz təsdiqini tapır.
Hər dəfə yeni oxucu məmnuniyyəti isə yazıçının əsas uğur mənbəyidir. Lakin bu yolda maneələr də az olmur. Zaman-zaman fars şovinizmi ilə üz-üzə qalan yazıçı dövlətimizin, ədəbiyyatımızın, incəsənətimizin mənəviyyatını müdafiə edərək öz həqiqi mövqeyini ortaya qoyur.
Bu gün Vüqar Dəmirbəyli bir yazıçı olaraq müasir zamanla ayaqlaşır. Üfüqdə yeni-yeni ədəbi layihələr görünür ki, bu da azərbaycanlı oxucuları sevindirir.
Biz də öz növbəmizdə istedadlı həmvətənimizə uğurlar arzulayırıq. Oxucu alqışı və oxucu sevgisi onu həmişə müşayiət etsin.
Təranə Feyzullayeva
Oxunub: 0