Kinan qalası Lənkəran rayonunun Yuxarı-Nüvədi kəndi ərazisində,Talış dağlarının ətəyində yerləşir.Kinan qalasınının talışca tərcüməsi “Qızlar qalası” və ya “Qız qalası” deməkdir.Bu qala Azərbaycan ərazisində mövcud olan 16 qız qalasından biridir.Qala haqqında müxtəlif fikirlər mövcuddur,lakin uyuşan məlumatı Rzaqulu Rzayev verir.Belə ki,o Kinan qalasını VII əsrə aid edir və bu qalanın Babər şahın öz qızı üçün tikdirdiyini qeyd edir.(Bax:Yuxarı-Nüvədi.Lənkəran 2007,səh.34).Kinan qalası Talış dilində “Kinonə ğələ”-yəni “qızlar qalası” deməkdir.Mirhaşım Talışlı və HüseynbalaƏliyev özlərinin “Lənkəran “ kitabında bu qala haqda belə qeyd edirlər: “Ərəb işğalları dövründə,IX əsrdə Xürrəmilıər hərəkatı dövründə adlı-sanlı dövlət adamlarının və sərkərdələrinin qadınları və qızları məhz bu qalada saxlanmışdır və elə o zamandan da bu qalaya “Kinonə ğələ” – “Qızlar qalası “ deyilmişdir.(Bax:Mirhaşım Talışlı və Hüseynbala Əliyev.Lənkəran,B,1990,səıh.21).Lakin tarixi mənbələrə görə 7 əsrdə ərəbələr Sasanilər imperiyasını süquta uğradandan sonra onun içərilərinə doğru hərəkət etməyə başladılar.Beləki,onlar Sasanilərin Azərbaycan mərzbanı və sərkərdə Rüstəmin qardaşı oğlu olan İsfəndiyar Fərruxzadla vuruşmağa başladılar və tərəflər araında Cərmidan,Savalan və Ərdəbil döyüşləri baş verdi.Döyüşün son nəticəsi kimi mərzban İsfəndiyar Fərruxzad əsir alınır.Lakin İsfəndiyar Fərruxzadın qardaşı Bəhram Fərruxzad o dövrlərdə Taleşanın hakimi idi və onun da sığınacaq qala şəhərciyi olan Babər qalası idi.O,qardaşının əsir düşməsindən sonra ərəblərə qarşı üsyan qaldırmışdır.Üsyanda ona Taleşanın bir çox məntəqələri dəstək vermiş və onunla çiyin-çiyinə məşhur sərkərdələr olan Dəmirçi Peruz,Cobir Nasar,Fərhad İsbahbudan,Şirzad,oğlu Nəvid ,Xalas və Akkaş Əsəd vuruşmuşlar.636-cı ildə Bəhram digər qardaşı İsfəndiyarla Mədainə gedib öz əmiləri olan Rüstəm Fərruxzadla Sasnilər tərəfdən vuruşmuşlar.Lakin Sasanilərin məğlubiyyətindən sonra o öz dəstəsi və qardaşı ilə birgə vətənə qayıdaraq məhz Kinan qalasını tikdirməyi əmr etmişdir.O,bu qalanı tikməyi Fərhada tapşırmışdır.Qısa müdətə bu qala Babər qalasından 1 km cənunda ,Vazarü(Lənkərançay) çayının cənub tərəfində,Talış dağlarının ətəyində tikilir.Qalanın tikintisində qalaya yaxın olan Kusər obasının əhalisi və ustaları iştirak etmişlər.Qala tikiləndən sonra Bəhram oraya öz bacısı Şəbnəmi şadoxtu,öz qızı Quzak Şadoxtu, həyat yoldaşı Ruhəngiz şahzanı,Rudəsər qalasının sərkərdəsi Siruzun Vindad həyat yoldaşı Astin və qızı Mardana,İsfəndiyar Fərruxzadın anası Ruyan Şadoxt məhz bu qalada yerləşdirmişdir.Qalanın müdafiəsinə isə dəmirçi Peruz,Bəhramın oğlu Nəvid və onun kiçik dəstəsi başçılıq etmişdir.Lakin Ərəblər sərkərdə Bukeyir ibn Abdullah və Salman ibn Rəbiyyənin başçılığı ilə 642-ci il,27 iyun- tarixində Babər qalasına hücuma keçmiş və muhasirə 5 iyul tarixinə qədər davam etmişdir.Qalanı ilk hücumda ala bilməyən Bukeyir ibn Abdulla cəsuslar vasitəsi ilə öyrənir ki,Bəharmın və digər əsilzadələrin ailələri məhz Kinan qalasında yerləşir və elə bu səbəbdən də oraya hücuma keçir.Lakin qalanı kiçik bir dəstə ilə mudafiə edən dəmirçi Peruz tez Fərhadı Babər qalasına Bəhramın yanına kömək üçün göndərir.Xəbəri eşidən kimi Bəhram çayı keçib qalaya yaxınlıaşır və qızğın döyüşlərdə Bəharamın bir neçə yaxın sərkərdələri şəhid olurlar,lakin ərəblər qalanı tutmamışdan əvvəl Bəhram oradan yalnız öz bacısı Şəbnəm şadoxtu xilas edə bilir və onu dəmirçi Perozla Mistana yola salır.Ərəblər qala ilə bərabər bütün qadınları və Bəhrqamın özü də daxil olmaqla bütün ailəsini ələ keçirirlər ,yalnız Bəhram ərəblərlə muqavilə imzaladıqdan sonra onları azad edirlər.Qalanın giriş hissəsi isə ərəblər mancanaq vasitəsi ilə dağıdırlar.Lakin zaman-zaman sonra bu dağıntılar genişlənmişdir.(Bax- Ət-Təbəri, I, 2660; İbn əl-Əsir, VII, 2022-ci il hadisələri” bölməsində verilmişdir.)
İstinadlar:
1.(Bax- Ət-Təbəri, I, 2660; İbn əl-Əsir, VII, 2022-ci il hadisələri” bölməsində verilmişdir.)
2.(Bax:Yuxarı-Nüvədi.Lənkəran 2007,səh.34)
3.(Bax.Aqşin Mistanlı.Cənub Bölgəsinin abidələr Ensiklopediyası.B.,2018.səh.34-36)
4.(Bax:Mirhaşım Talışlı və Hüseynbala Əliyev.Lənkəran,B,1990,səıh.21).
5.(Bax:Aqşin Mistanlı.Bəhramnamə.I Hissə.səh.120-136.B.2019)
Aqşin Mistanlı
Tədqiqatçı-tarixçi
Oxunub: 1 292