dini radikalizm və ekstremizmlə mübarizə

Qadın olmaq!


Ölkəmizdə hər şey çox çətindi. Amma qadın olmaq min dəfə çətindi. Sırf kişi fərqli cinsəl orqan daşıdığına görə səndən üstün sayılır. Buna görə ona verilən özgürlük, yaşam şərtləri fərqlidir. Sən qadınsan və namusunu hər an "itirmə" təhlükəsi ilə yaşayırsansa, işin çətindi. Qadınsansa, yüksək səslə gülə bilməzsən. Ata evindən ər evinə gedər, amma heç birinə mənim evim deyə bilməzsən. Sürücü olarsan, yolda kişi sürücülər maşınları ilə şıxışdırar, piyada olarsan, arxanca laf atarlar. Minlərcə imkansızlıq arasında özün olmağa səsini duyurmaga çalışarsan, arxadan gələn səslər sənə deyər Qadınsan!
Qadın olmaq hüznlü bir məsələdir. Bir paraqrafa, bir yazıya, bir romana sığmayacaq qədər hüznlü.
Əməkçi qadınların günü. Bu günü kişilər bilmirsə, onlara bunu bildirmək lazım. Kapitalizim hekayələri bəhanəsin qəbul etmirəm. Qadının bir ana, bir bacı, bir doktor, bir müəllim, yəni qısası, qadının bir insan olduğunu qəbul etməyən kiçik beyinlilərə, “qadının qarnından təkməni, sırtından zopanı əksik etməyəcəksən” deyən səfil varlıqlara, qadına əl qaldırmağı mərifət bilən acizlərə “dur!” deyək.
Qadın toplumda bəlli bir yeri olan və insanca yaşamağı haqq edən bir varlıqdır. Bunun üçün mücadilə etmək ən doğal haqqımızdır. Qadınlar üçün rəsmiləşən bir gündə bəzəkli lafları xərcləyib, bir dəstə güllə hər şeyin bitdiyinmi sanırsan? Heç qadınların könlündən keçənləri duymaq istəmədinizmi?
Könül istərdi ki... sevgilisindən ayrılan qadın intihar etməsin. Könül istərdi ki... hələ qadınlığın dadını almayan fidan qızlarımız formalaşmayan kişi yarısı tərəfindən şantaj edilməsin, qadınlar döyülməsin... Könül istərdi ki əri ölən, boşanan qadınlara potensial sevgili gözüylə baxılmasın, könül istərdi ki.... 8 mart çiçəkləri… sadəcə həkim, mühəndis müəllim olan qadınlara getməsin. Hər kəs özünü özəl hiss etsin. Könül istərdi ki bir qadın şiddətə məruz qalanda kişilərimiz susmasın...
Könül istərdi ki 70 kiloluk qadın, 40 kiloluq çırpı qədər ərindən dayaq yeməyi özünə rəva görməsin... Könül istərdi ki özümüz çalıb, özümüz oxuyub, özümüz dinləmək zorunda qalmayaq... Könül istərdi ki biz qadınlar da özünə sayğısını itirməsin, asılı olmadığın anlasın.
Qadınlıq analıqdı, çiyinlərində övlad yükü daşımaqdı, ailəsinin hər əzabına sinə gərməkdi. Qarnı ackən toxam deyib, son tikəsini övladına yedirəndi, xəstəykən ayaqda durub ailəsinin yaralarını sarandı. Qadın saçları ağarana, beli bükülənə, əlləri titrəyənə qədər həyat yoldaşı, övladları üçün canını fəda edəndi... Qadın sizin cənnətinizdir! Cənnətinizə cəhənnəm yaşatmayın

Səbirə Kazımova

Oxunub: 977
Oxşar xəbərlər
SON XƏBƏRLƏR