dini radikalizm və ekstremizmlə mübarizə

Sivas Yazarlar və şairlər dərgisini Milli Kitabxanamizdan oxuya bilərsiniz.


Bu gün şairə Hacixanım Aygün Hüseynlə birlikdə Azərbaycan Milli kitabxanasında olduq . Kitabxanaya Sivas Yazarlar və Sairlər dərgisinin 9,10 və 11 ci cildini hədiyyə etdik. Azərbaycan Milli Kitabxanasında kitab və qəzetlər qorunur, saxlanılir və əsrlərlə muhafizə olunur. Aygun xanım soz verdi ki bu kitabların elektron variantin da Sivas Yazarlar və şairler dərgisinin qurucusu və başkani Bekir Alim beydən xahiş edib alaraq Milli kitabxananın saytında yerləsdirəcəyik. Məqsədimiz isə qardaş türk dünyasının şairlərini Azərbaycanda da tanidaq. Necə ki biz sairləri Sivasda ,Turkiyədə tanidiblar, Odur ki bu kitabda əməyi olan hər kəsə təşəkkürümüzü bildiririk. Kitabxanalarda belə kitabların olmağının əhəmiyyəti böyükdür. Cünki elektron kataloqa, milli kitabxananın saytına daxil olmaqla bütün kitabları oxumaq mümkündür.
Kitabxanaya hər ay Həkəri qəzetindən beş nüsxə də təqdim edirəm.
Diqqətcil oxucular çox maraqlanirlar. Yüksək səviyyədə ,nəfis tərtibatda cap olunmuş Sivas yazarlar və sairlər antologiyasında 110 şairin şeirləri çəm olunubdur. Kitab 700 səhifəyə yaxındir .
Azərbaycan sairlərindən 25 nəfərin şeirləri də bu kitaba daxil edilibdir. Azərbaycanın Turkiyə üzrə , eləcə də İraq turkmən elində Azərbaycanın təmsilcisi ,vətənpərvər ziyalı , fəal ictimaiyyətci Hacixanım Aygün Huseynin bu kitabın cap olunmasında böyük əməyi var . Mənim və dostlarımın seirlərinin bu mohtəsəm antologiyada yer almasında Hacixanım Aygün Huseynin zəhməti təqdirəlayiqdir.
Əlbətdə ki Turkiyənin Xalq şairi Bekir Alim çox böyük zəhmət çəkibdir .
Sağ olsun .
Kitab haqda Həkəri ,Respublika , Azad Azərbaycan , İlham ceşməsi ,Atrubut və digər qəzetlərdə ətrafli məlumat veriləcəkdir.
Sivas səfərimizi saytlarda operativ yayımlayan dostlarımiza da təşəkkürümüzü bildirirəm .
Bu kitabda turk dünyasında yazıb yaradan vətən həsrətli şairlərimizin hər birinə uğurlar arzulayiriq .

Rauf İlyasoğlu ,
Aygün Huseyn .








Oxunub: 860
Oxşar xəbərlər
SON XƏBƏRLƏR