ÖLÜM HƏLƏ SON DEYİL!
Yenə quyunun üstündə oturub,
için- icin ağlayır ana.
Elə bil quyuya danışırdı dərdini.
Elə bil ondan umurdu itirdiklərini.
Saçları ay işığında gümüşü rəngdə,
Səsi mərmi vıyıltısıydı sanki.
Ayağı altında
torpaq da rəngini dəyişib.
Bir igid ömrü yaşadı
bu kabus xatirələrdə,
Düz iyirmi yeddi il.
O gün ki, söküldü
Dan yeri başının üstə,
arzuları haçalandı,
yurdu od tutub, yandı.
Üreyi də yandı o gece.
Üç yaşlı körpə Zəhrasını,
İgid Mübariz balasını,
Gözəl Salatın qızını itirdi,
İtirdi o bütün arzularını.
Duymadı səsini ne yer, nə səma,
Ağladı,
ovcunda sıxıb saxladığı Vətən torpağı.
Torpaq ovcunu yandırdıqca
barmaqları arasından qanlı yas süzülürdü..
Ana öz gözlerini ağır-ağır qapadı,
o gece yeniden canlandı gözlerinde...
Gözünün önündə
qan gölünə bürünmüşdü Xocalı...
Vəhşiliyin görünməmiş dəhşətləri,
İnsanlığın öldüyü gün..
Güllələrin leysan kimi,
Dolu kimi yağdığı o qanlı gece..
Günahsız insanların çarəsiz qaldığı
o zalım gecə..
Ölümlər... vəhşiliklər... imdadsız körpələr...
analar... yaşlılar.... qız-gəlinlər...
O an ana qezebinden var gücüyle bağırdı...
Əllerini açdı göylərə ...
-Allahım .... bu ahı yerde qoyma!
qana-qan, cana-can öc alınmalı...
Bəsdir, bəsdir bu qədər
torpağım ustundə gəzdi yağılar...
Birdən ana nəbzinin zəiflədiyini hiss etdi...
Xeyr, xeyr .... 27 ildir mən,
Hər gün ölüb – dirilirəm..
Xocalıma qovuşsam, barı rahat ölərəm..
Allahım, məzarımı Xocalıda qismət elə...
Bu ananın son sözləri oldu...
Qırılmış ümidlərlə birgə son sözləri...
Əllərini açmadan...
ovcundakı o Vətən torpağını elə sıxmışdı ki...
Sabah açılmaq üzrəydi... ...
Və qadının yanında bir gənc oğlan
onun başını dizləri üstə qoyub
gözlərinə baxa- baxa qalmışdı..
ilahi, gözlər sanki danışırdı...
gənc adam o qadının nəvəsi idi....
O sadəcə bu sözləri durmadan təkrar edirdi:
Sən rahat yat nənə...
o torpaqlar uğrunda
son nəfəsimizə qədər döyüşəcəyik...
Azərbaycanın bütün torpaqlarını
qan bahasına alacayıq...
sanki bu sözləri qadın duyurdu...
üzündə təbəssüm və ümid uyuyurdu....
Seadet Qerib Rzayeva
Oxunub: 1 001