“Ey iman gətirənlər! Sizdən hər kəs dinindən dönsə, (bilsin ki) Allah (onun yerinə) elə bir tayfa gətirər ki, (Allah) onları, onlar da (Allahı) sevərlər. Onlar möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olar, Allah yolunda vuruşar və heç kəsin tənəsindən qorxmazlar. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah (öz lütfü ilə) genişdir, (O, hər şeyi) biləndir!”
Əl-Maidə surəsi, 54-cü ayə
Bir çox İslam alimlərindən və təfsir üzrə möhtərəm şəxsiyyətlərdən Ömər Nəsuhi Bilmən, Almalılı Məhəmməd Həmdi Yazır, Səid Nursi, Osman Kəskioğlu və Cəlal İldırım buyururlar ki, Allah-Təala(c.c) bu mübarək ayəni biz “Türklər” haqqında buyurmuşdur. Bəli, ayədən də göründüyü kimi, həqiqətəndə İslam dininin müdafiəçiləri və Allahın şəriətinin mühafizəkarları biz türklər olmuşuq. Allah yer üzündə öz haqq-ədalətinin, insanların hüququnun qorunması üçün məhz bizi seçdi.
Xatəmül-ənbiya adlanan və bütün aləmlərə rəhmət olaraq göndərilən Hz. Məhəmməd Peyğəmbərdən(s.a.v.a.v) haqqımızda çoxlu hədislər gəlib çatmışdır. Allahın Rəsulu(s.a.v.a.v) belə buyurmuşdur:
“Türklərin dilini öyrənin. Çünki, onların uzunsürən hakimiyyətləri olacaqdır”.
Başqa bir hədisdə buyurur:
“Türklər sizə toxunmadıqca, siz də onlara əsla toxunmayın”.
Başqa bir hədisdə buyurur:
“Türklər Dünyaya iki dəfə hökm edəcəkdir”.
Başqa bir hədisdə buyurur:
“Konstantinopol(İstanbul) mütləq fəth olunacaqdır. Onu fəth edən sərkərdə nə ulu sərkərdə, onun əsgərləri isə nə yaxşı əsgərlərdir”.
Başqabirhədisəbuyurur:
“Ümmətimin idarəsi axırda türklərin əlinə keçəcəkdir”.
Başqa bir hədisdə buyurur:
“Allahın Şərqdə bir ordusu vardır. Onun adını Türk qoymuşdur. Özünə qarşı çıxanlardan isə onların vasitəsilə intiqam alır”.
Başqa bir hədisə buyurur:
“Sizlər türklərlə döyüşmədikcə qiyamət qopmayacaqdır”.
Hz. Muhəmmədin(s.a.v.a.v) “Səhih-Buxari” adlıhədiskitabındagələnkəlamı:
“Sizqıyıqgözlü, qırmızısifət, yastıburun, üzləridə döymə qalxanabənzər türklərlə vuruşmayınca qiyamət qopmayacaq. Həmçinin qıldan qayrılmış səndəllər geyinmiş adamlarla vuruşmayınca qiyamət qopmayacaq”.
Həqiqətəndə Türklər Allahın və Hz. Məhəmməd Peyğəmbərin(s.a.v.a.v) bütün bəşəriyyətə böyük bir müjdə ilə xəbər verdiyi mübarək millətdir. Bir baxın, Abbasilər xilafətinin zamanında Allahın bütün ümmətlərə Hz. Məhəmməd Peyğəmbərin(s.a.v.a.v) vasitəsilə göndərdiyi sonuncu din olan İslamın tənəzzülə uğramasına bir addım qalırdı ki, Allah öz dostları olan türkləri Ərəbistan yarımadasına göndərdi və Avropa xaçpərəstlərinin çirkin niyyətini ürəklərində qoydu. Abbasi xəlifələrindən olan Əl-Qaim Səlcuq hökmdarlarından olan Sultan I Toğrulu“Şərqin və Qərbin hökmdarı” elan etdi, onu “Rukniddin”(yəni dinin təməli) adlandırdı və digər Səlcuq hökmdarlarından olan Sultan Alp Arslanı isə “Ərəb və Əcəm hökmdarı”, “Müsəlmanların xilaskarı” və “İslamın nuru” adlandırdı. Əgər türklər gəlməsəydilər, İslam dini məhv olub aradan gedəcəkdi. Xristian bloku Qafqazdan “Türk və İslam” amilini də silərək, xəritədə Avropanın xeyirinə dəyişiklik etmək istəyirdi. Ancaq Allah onların da bu xain niyyətlərini ürəklərində qoydu. Allahın dininə(İslam) və sevib-seçdiyi millətə(Türklər) qarşı çıxmaq olmaz. Çıxanların aqibəti isə göz önündədir. Allahın əmrlərini doğru-düzgün yerinə yetirən, İslam dinini yaşadan, Qurani-Kərimin buyurduqlarına riayət edən, Hz. Məhəmməd Peyğəmbərin(s.a.v.a.v) yolunu gedən və şəriətini mühafizə edən də məhz türklərdir. Görürsünüzmü, nə ərəb və nə də ki, fars İslam dininə ziyandan başqa bir xeyir vermədilər. İslam dininə bidətlər gətirməkdən başqa əllərindən heç nə gəlmədi. Müsəlmanların arasına təfriqə, ixtilaf, düşmənçilik və ayrı-seçkilik salmaqdan başqa iş-gücləri olmadı. Hələ bir utanmaz-utanmaz da Allahdan, dindən, kitabdan, peyğəmbərdən və şəriətdən elə ağızdolusu danışırlar ki, heç deməzsən bunlar həmin araqarışdıranlardırlar. Allah-Təala(c.c) əzab-əziyyətə, məhrumiyyətlərə, zülmə məruz qalan türklərə yar olsun, onları tezliklə azadlığa çıxartsın, amin! Həqiqətən, ilk dəfə Allaha tapınan, haqq-ədalət uğruda vuruşan millət məhz biz türklər olmuşuq. Bu cür millət elə bir müqəddəs, mübarək millətdir ki, Allahın əzəmətli nəzərlərində hörmətlidirlər. Əgər hər hansısa bir millət belə bir millətə qarşı çıxmaq, onlara zülm etmək, türklərin haqqını əllərindən almaq istəsə, o zaman, həmin millətin sonu çox böyük bir faciə ilə bitə bilər. Mən sizlərə dünya hökmdarlarının, yazıçılarının türklər haqqında dediklərini sizin nəzərinizə çatdırmaq və məqaləmi bitirmək istəyirəm.
Martin Lüter: “Ey Almanlar! Buraxın türklər Almaniyanı zəbt etsinlər. Haqqın, ədalətin nə olduğunu türklər sizə öyrədəcəklər”.
Atilla:“Tanrı yoldan çıxan millətləri cəzalandırmaq üçün bizi göndərir”.
Napoleon Bonapart:“Mənə türklərdən ibarət bir ordu verin, sizə dünyanı fəth edim. İnsanları yüksəldən iki böyük məziyyət vardır: kişinin cəsur, qadının namuslu olması. Bu iki məziyyətin yanında, həm kişini, həm də qadını şərəfləndirən, bir məziyyətdə vardır: lazımi anda vətən üçün canını fəda etmək. Türklər məhz bu keyfiyyətlərə malik qəhrəmanlardır. Bu səbəbdəndir ki, türkləri məhv edə bilərsən, ancaq məğlub edə bilməzsən”.
Uilyam Şekspir:“Türklər ədalətsiz olmamış, ədalətsizliyin qurbanı olmuşlar”.
Lev Qumilov:“Türklər tarix yazmır, tarix yaradır”.
Uinston Çörçill:“Qürurum imkan versəydi, türk əsgərinin alnından öpərdim”.
Albert Eynşteyn:“Türk əsgəri cəsurdur. Ana vətənini sevər və onun üçün lazım olsa çəkinmədən canını fəda edər”.
Mahmud Qaşğarinin “Divani Lüğəti-it Türki” əsərindən: “Türk dillərini öyrənin. Çünki, onların yer üzərində uzun sürəcək hakimiyyəti olacaqdır”.
Səmamə ibni Əşrəf: “Türk qorxmaz qorxudur. Bir şey istəyirsə, onu etmədikcə əl çəkməz. Hansı işə əl atarsa bacarar”.
Adolf Hitler:“Türklər elə bir millətdir ki, həyatda bir dənə belə qalsa dövlət qurub intiqamını alar”.
Çarles Mkfarlene: “On millətin on igidadamınıngücütəkbiradamdatoplansa, yenəbirtürkəəvəzolabilməz”.
Donaldson:“Türk milləti iki min ildir profesional əsgərdir. Bütünlüklə türklərin peşəsi əsgərlikdir”.
Hamilton: “Dünyada türklərdən başqa heç bir ordu bu qədər müddət ayaqda dura bilməz”.
Gianni de Michelis:“Türklərlə dost ol. Amma düşmən olma”.
Abraham Linkoln: “Türklər az danışarlar, çox iş görərlər”.
Ənəs ibni Malik(r.a):“Türklər tarixdə oxşarı görülməmiş bir millətdir”.
Ərtoğrul İmanlı