Boyadan yanan saçlar zamanla canlılığını itirərək daha pis görünüş qazanır.
Milli.Az axşam.az-a istinadən korlanan saçların daha baxımlı olması üçün maskalar təqdim edir:
Maska -1
4 yemək qaşığı jojoba yağı
2 çay qaşığı bibəriyə yağı
1 çay qaşığı ətirşah çiçəyi yağı
Bunları qarışdırıb nəmli saçlarınıza masaj edərək tətbiq edin. 15 dəqiqə saxlayıb şampunla yuyun.
Maska - 2
1 ədəd yumurta
2 çay qaşığı ərik yağı
5 yemək qaşığı Hindistan qozu yağı
İlk əvvəl yumurtanı yaxşıca çırpın, sonra qalan ərzaqları içinə qatın. Uclarına daha çox vuraraq bütün saçınıza yeridin. 20 dəqiqə saxladıqdan sonra saçınızı şampunla yuyun.
Maska - 3
1 ədəd banan
1 yemək qaşığı bal
Püre halına gələn bananın içinə bal əlavə edin. 20 dəqiqə saxladıqdan sonra saçlarınızı ilıq su ilə durulayın və şampunla yuyun.
Maskaları həftədə 2-3 dəfə edin.
Nuray`Dəniz
Oxunub: 1 292