Nə müddətdi qızım, ayrı düşmüsən,
Sözlərim də həsrət qalıb sözünə.
Zülüm olub, talehimdən küsmüşəm,
Gözlərim də həsrət qalıb gözünə.
Dəli könlüm divanədir çöllərdə,
Həsrətindən yandı bizim ellər də.
Adın gəzər mahnılarda, dillərdə.
Gözüm qaldı, həsrət qara gözünə.
Sən gedəni bitirmişəm özümü,
Dəyişmişəm söhbətimi, sözümü.
Yığ yollardan sən nigaran
gözümü,
Qaldım həsrət, şirin dilə sözünə.
Mənim balam ilk məhəbbət çağası,
O baxışlar yandırası baxası.
O, şahzadəm neçə qulun ağası,
Həsrət qoydu neçəsini özünə,
Həsrət qoydu gözlərini, gözünə.
Almaz İlahə
Oxunub: 991