dini radikalizm və ekstremizmlə mübarizə

Gəncə Dövlət Milli Dram Teatrında yeni tamaşanın məşqlərinə başlanılıb


Gəncə Dövlət Milli Dram Teatrının səhnəsində teatrşünas-tənqidçi Anar Ərtoğrul Burcəliyevin qələmə aldığı “Rəqs et, yoxsa donarsan” — uşaqlar üçün nəzərdə tutulmuş musiqili-əyləncəli, interaktiv nağıl-tamaşasının məşqlərinə başlanılıb.

Müəllifin ilk qələm işi olan əsərdə sehrli rəqs festivalına hazırlaşan rəngarəng və komik obrazların macəraları təqdim olunur. Əsər uşaqlara “mən bacarmaram” düşüncəsindən uzaq olmağı, bir-birinə dəstək göstərməyi, birlikdə hərəkət etməyin gücünü və həyatın sevincini aşılayır. “Rəqs et, yoxsa donarsan” uşaqları yalnız tamaşaçı deyil, hadisələrin fəal iştirakçısına çevirərək rəqs, musiqi, oyun və gülüş vasitəsilə dostluğun və birlikdə olmağın sehrini göstərir.

Tamaşanın quruluşçu rejissoru Elşad Əhmədov, quruluşçu rəssamı Mirzə Mehdi Hüseynov, musiqi tərtibatıçısı Ziyad Abbasov, rəqslərin quruluşuçusu Zeynəb Abullayeva, səsyazma və montajı isə Yusif Cəfərova aiddir.

Tamaşada Zaur Əhmədov, Ümid Hüseynov, Elnur Abbasov, Aysu Kəngərli, Emil Salmanov, Mayan Hüseynova, Elmir Məmmədov və Ceyhun Qurbanov rol alıblar.

Qeyd edək ki, tamaşanın premyerası 14 noyabr tarixinə təyin olunub.


ESMİRA HİDAYƏTOVA / MİNGƏÇEVİR

Oxunub: 0
Oxşar xəbərlər
SON XƏBƏRLƏR