dini radikalizm və ekstremizmlə mübarizə

Muradov raport verdi: Mina xəritələri və əsirlər... - Video

Muradov raport verdi: Mina xəritələri və əsirlər... - Video

Üçtərəfli bəyanata uyğun fəaliyyətimiz çərçivəsində bu gün Bakıya şəxsən özüm iki rayonun mina xəritələrini verdim. Bu xəritələr erməni birlikləri tərəfindən Dağlıq Qarabağda keçmiş konflikt zamanı basdırılmışdı. Öz növbəsində Azərbaycan 15 erməni hərbçini azad etdi və onlar Rusiya sülhməramlılarının təyyarəsi ilə İrəvana çatdırıldı.

Djb.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Qarabağdakı Rusiya sülhməramlılarının komandanı general-leytenant Rüstəm Muradov deyib.

O bildirib ki, Rusiya tərəfi gələcəkdə də üçtərəfli bəyanatdan irəli gələn öhdəlikləri yerinə yetirməyə davam edəcək.

Qeyd edək ki, ötən gün Ermənistan Füzuli və Zəngilanda basdırılan 92 min tank və piyada əleyhinə mina xəritələrini Azərbaycana təhvil verib, əvəzində isə 15 erməni terrorçu geri qaytarılıb.

Qaytarılanlardan 12-si barədə iki gün öncə Ağır Cinayətlər Məhkəməsində sərhəd pozuntusu ittihamı ilə 6 aylıq həbs cəzası verilmişdi.

Oxunub: 2 226
Oxşar xəbərlər
SON XƏBƏRLƏR