7 sentyabr 2026-cı il tarixində AMEA Arxeologiya və Antropologiya İnstitutunun Muzey-Sərgi Salonunda "Echo of the Past" ("Keçmişin əks-sədası") adlı sərginin təntənəli açılış mərasimi keçirilib. Sərgi qədim diyarın zəngin tarixi və milli-mədəni irsini gənc sənətçilərin yaradıcılığı vasitəsilə geniş ictimaiyyətə təqdim edir.
Tədbirin yüksək səviyyədə təşkil olunmasında gənc fəallar da mühüm rol oynayıblar. AMEA İnstitutunun "Elmi sərgilərin təşkili" şöbəsinin nəzdindəki Arxeoloji Cəmiyyətin katibi Nəzrin Quliyeva, həmçinin tarix ixtisası üzrə üçüncü kurs tələbələri Aygün Yusifova və Saray Balakişiyeva sərginin təşkilatçılıq işlərində yaxından və aktiv iştirak ediblər. Universitet tərəfindən isə tədbirə hərtərəfli texniki və təşkilati dəstək göstərilib.
Sərgi çərçivəsində nümayiş olunan əsərlər ölkənin qədim tarixini, arxeoloji irsini, memarlıq abidələrini, milli naxışlarını və xalçaçılıq sənəti ənənələrini əks etdirir. Açıqļış mərasimində AMEA Arxeologiya və Antropologiya İnstitutunun "Elmi sərgilərin təşkili" şöbəsinin müdiri Orxan Zamanov, Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müəllimi Məryəm Məmmədova, eləcə də digər rəsmi şəxslər, tələbə və müəllim kollektivi iştirak ediblər.
Gənclərin milli irsə olan sevgi və yaradıcı yanaşmasını nümayiş etdirən sərgi ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.
Oxunub: 22