Mingəçevir Dövlət Universitetinin alimlərindən böyük elmi uğur: Q1–Q2 jurnallarında 20 məqalə dərc olunub
Djb.az xəbər verir ki, Mingəçevir Dövlət Universiteti (MDU) elmi-tədqiqat istiqamətində növbəti mühüm nailiyyətə imza atıb. Universitetin əməkdaşlarının beynəlxalq nüfuzlu bazalarda elmi nəşrlərinin sayı və keyfiyyəti əhəmiyyətli dərəcədə artaraq qlobal tərəfdaşlıq əsasında genişlənməkdə davam edir.
2026-cı ilin cari dövrü üzrə MDU tədqiqatçılarının "Scopus" bazasında indekslənmiş yüksək reytinqli jurnallarda dərc edilmiş məqalələrinin ümumi sayı 20-yə çatıb. Elmi keyfiyyət göstəricilərinə görə bu məqalələrin 15-i dünyanın nüfuzlu Q1, 5-i isə Q2 kateqoriyalı jurnallarının payına düşür.
Nüfuzlu kvartillərdə məqalələri dərc olunan MDU əməkdaşları:
Natəvan Namazova
Ramil Həsənov
Zivər Zeynalova
Ceyhun Mahmudov
Nazim Niftəliyev
Ülkər Aşurova
Rövşən Babayev
Liliya Süleymanova
Pərvanə Səfərova
Elsevər Cəfərli
Aytən Nadirova
Fəhmi Babayev
Müşfiq Hüseynov
Aydın Kərimov
Beynəlxalq tərəfdaşlıq və coğrafiya genişlənir
Universitetdə həyata keçirilən məqsədyönlü elmi siyasət təkcə kəmiyyətə deyil, həm də nəşrlərin keyfiyyətinə, beynəlxalq səviyyədə görünürlüğünə və elmi təsirinə xidmət edir. Cari ildə aparılan tədqiqatlar çərçivəsində ABŞ, Çin, Almaniya, Macarıstan, Türkiyə, Serbiya, eləcə də Bosniya və Herseqovina alimləri ilə sıx beynəlxalq tədqiqat əməkdaşlığı qurulub.
Universitet rəhbərliyi əməkdaşların bu uğurlarını yüksək qiymətləndirir, onları цəbrik edərək MDU-nun inkişafındakı xidmətlərinə görə minnətdarlığını bildirir. Qeyd edək ki, 2026-cı ilin yekunlarına əsasən əldə olunan bu elmi nailiyyətlər universitetdə tətbiq edilən differensial əməkhaqqı sistemində də öz müsbət təsirini və effektini göstərəcək.
"Universitetimiz Sizinlə böyüyəcək, Sizinlə yüksələcək!" şüarı ilə MDU elmi potensialını hər geçen gün daha da gücləndirir.
Oxunub: 28