dini radikalizm və ekstremizmlə mübarizə

Türk Dünyası Universitetləri Dayanıqlı İnkişaf Şəbəkəsi (TDÜSA/TWUSN) Təsis Edilib


Beş ölkənin ali təhsil müəssisələrini bir araya gətirən Türk Dünyası Universitetləri Dayanıqlı İnkişaf Şəbəkəsinin (TDÜSA/TWUSN) rəsmi təsis toplantısı keçirilib. Beynəlxalq miqyaslı bu yeni platformanın qurucu üzvləri arasında Mingəçevir Dövlət Universitetinin (MDU) də yer alması ölkənin ali təhsil sektoru üçün əlamətdar hadisə kimi qiymətləndirilir.

Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan universitetlərinin təmsil olunduğu şəbəkə qarşıya mühüm hədəflər qoyub. Yeni platforma ali təhsil müəssisələri arasında dayanıqlı inkişaf istiqamətində sıx akademik əməkdaşlığın qurulması, qabaqcıl təcrübə və bilik mübadiləsinin aparılması, həmçinin ortaq elmi layihələrin həyata keçirilməsi baxımından geniş imkanlar açacaq.

MDU rəhbərliyi və nümayəndələrinin qatıldığı təsis toplantısında türkdilli ölkələrin universitetləri arasında əlaqələrin daha da genişləndiriləcəyi vurğulanıb. Universitet gələcəkdə də dayanıqlı inkişaf naminə irəli sürülən ortaq təşəbbüslərdə və qlobal çağırışların həllində fəal iştirak etmək əzmindədir.




Oxunub: 28
Oxşar xəbərlər
SON XƏBƏRLƏR