dini radikalizm və ekstremizmlə mübarizə

Mingəçevir Dövlət Universitetində Turizm və Marketinq Kafedrası Yeni Əməkdaşlıq Modeli ilə Fəaliyyətə Başlayır


Mingəçevir Dövlət Universitetinin (MDU) Turizm və marketinq kafedrası yeni tədris ilində tətbiq ediləcək innovativ əməkdaşlıq modeli və genişləndirilmiş fəaliyyət istiqamətləri ilə diqqət çəkir. Bu çərçivədə Türkiyə ilə əməkdaşlıq əsasında yeni turizm platformasının yaradılması və "Mingəçevir Dövlət Universiteti Turizm Sənaye Şurası"nın təsis olunması nəzərdə tutulur.

Yeni tədris ilinin hədəfləri və sənaye ilə inteqrasiya məsələlərinə həsr olunan xüsusi görüşdə yeni kafedranın müəllimləri, işə qəbul müsabiqəsinin qalibləri, Mingəçevir Regional Turizm İdarəsinin rəhbərliyi və turizm sektorunun aparıcı nümayəndələri bir araya gəliblər.

Tədbirdə qeyd olunub ki, 2026 - 2027-ci tədris ilindən etibarən universitetdə turizm sahəsində ilk dəfə olaraq ingilis dilində kadr hazırlığına başlanılacaq. Eyni zamanda, müzakirələr zamanı rəqəmsal texnologiyalar, turizm marketinqi, xarici dillər, xidmət keyfiyyəti, effektiv idarəetmə və dayanıqlı turizm istiqamətlərində müasir bacarıqların tədrisə inteqrasiyası prioritet elan edilib.

Universitet–sənaye əməkdaşlığını daha da gücləndirmək məqsədilə irəli sürülən “Mingəçevir Dövlət Universiteti Turizm Sənaye Şurası” təşəbbüsünün əsas məqsədi təhsil, praktiki hazırlıq, məşğulluq imkanları, birgə layihələr və tətbiqi tədqiqatlar üçün dayanıqlı bir platforma yaratmaqdır.

Yeni yaradılan bu mexanizmin Mingəçevirin və ümumilikdə regionun turizm potensialının təhsil, praktika və innovasiya ilə daha sıx əlaqələndirilməsinə mühüm töhfə verəcəyi gözlənilir. "Universitetimiz Sizinlə böyüyəcək, Sizinlə yüksələcək!" şüarı ilə həyata keçirilən təşəbbüslər bölgədə kadr hazırlığının keyfiyyətini tamamilə yeni mərhələyə daşıyacaq.

Oxunub: 15
Oxşar xəbərlər
SON XƏBƏRLƏR