dini radikalizm və ekstremizmlə mübarizə

Nazirdən fənn kurikulumları ilə bağlı - Əmr

Nazirdən fənn kurikulumları ilə bağlı - Əmr

Tam orta təhsil səviyyəsinin təmayül sinifləri üçün fənn kurikulumları təsdiqlənib.

Djb.az olke.az-a istinadən xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Sənədə əsasən, “Tam orta təhsil səviyyəsinin təmayül sinifləri üçün fənn kurikulumları” təsdiq edilib.

Təhsil Nazirliyi Aparatının İnformasiya və vətəndaşlara xidmət şöbəsi (Rəşad Xanlarov) bu əmrin əlavəsi ilə birlikdə Nazirliyin aidiyyəti struktur bölmələrinə çatdırılmasını təmin etməlidir.

Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunub.

Tam orta təhsil səviyyəsinin təmayül sinifləri üçün fənn kurikulumları aşağıdakılardır:

Azərbaycan dili
Azərbaycan tarixi
Biologiya
Coğrafiya
Ədəbiyyat
Fizika
Kimya
Riyaziyyat

Oxunub: 1 309
Oxşar xəbərlər
SON XƏBƏRLƏR