"Bu gün Azərbaycanda qız uşaqlarının 90 %-dən çoxu təhsil ala bilir. Burada heç bir hüquqi maneə yoxdur. Bununla belə müəyyən hallarda isə qızların təhsildən yayındırılması qeydə alınır və bu bizi narahat edir".
Djb.az report-a istinadən xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bildirib ki, məktəbə getməyən qız gələcəkdə ailə quraraq ana olacaq: "Nəticədə həmin qadının öz övladının təhsili ilə məşğul olmasında çətinlik yaranacaq. Biz təhsilsiz qalan qızların problemlərinin gizlədilməsi tərəfdarı deyilik. Məsələ qısa müddət ərzində nə qədər çox üzə çıxarılsa bir o qədər də problemin həlli istiqamətində addımlar atıla bilər".
O əlavə edib ki, ali məktəblərə qəbul zamanı ixtisasların qız və oğlanlar arasında paylanmasında müəyyən uyğunsuzluqlar var: "Kişilərə aid edilən ixtisaslarda qızların sayı hələ də aşağı səviyyədədir. Bu da bizi ciddi müzakirə aparmağa sövq edir. İstərdim ki, bu sahədə bərabərliyi təmin edək".
Oxunub: 1 046