dini radikalizm və ekstremizmlə mübarizə

Müəllimlərin vakansiya seçiminin nəticələri məlum oldu

Müəllimlərin vakansiya seçiminin nəticələri məlum oldu

2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.



Djb.az xəbər verir ki, bu barədə Modern.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, müsabiqənin vakansiya seçimi mərhələsi Azərbaycan dili, alman dili, fizika, fiziki tərbiyə, fransız dili, kimya, informatika, riyaziyyat, rus dili və ədəbiyyatı, texnologiya və təsviri incəsənət fənləri üzrə 3-6 avqust tarixlərində keçirilib. Seçimlərdə 2255 namizəd uğur qazanaraq müsabiqənin müsahibə mərhələsində iştirak etmək imkanı qazanıb.



Qeyd edək ki, cari vakansiya seçimi mərhələsində ilk dəfə olaraq informatika fənni üzrə imtahanlarda iştirak etmiş namizədlərə “Rəqəmsal bacarıqlar” layihəsi üzrə də seçim etmək imkanı verilib. Layihə üzrə vakansiyaya çıxarılan 166 vakant yerə proqram təminatı tətbiq edilməklə elektron şəkildə yerləşdirmə həyata keçirilib.



Eyni zamanda namizədlərin şəxsi səhifəsində müsahibə mərhələsi ilə bağlı məlumatlar da qeyd olunub.

Oxunub: 753
Oxşar xəbərlər
SON XƏBƏRLƏR