Lisey ümumi təhsilin ümumi orta və tam orta təhsil səviyyələrini əhatə etməlidir . APA-nin məlumatına görə, bu, Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənən "Ümumi təhsil müəssisələrinin növləri üzrə Meyarlar"da əksini tapıb .
Lisey üzrə digər meyarlar aşağıdakılardır:
-tədrisin dövlət standartları və proqramları əsasında təşkili;
- müvafiq təmayüllər (humanitar, texniki, təbiət və digər) üzrə tədrisin təşkil edilməsi;
- istedadlı şagirdlərin müsabiqə yolu ilə müəyyənləşdirilərək liseyə qəbul edilməsi;
-fənn olimpiadalarında və beynəlxalq müsabiqələrdə nailiyyət qazanmış təhsilalanların liseyə müsabiqədənkənar qəbul edilməsi;
-istedadlı şagirdlərin yerli və beynəlxalq fənn olimpiadalarına və müsabiqələrə hazırlığı üçün mərkəzlərin yaradılması;
- ali təhsil müəssisələri və elmi təşkilatlarla əməkdaşlıq layihələrinin həyata keçirilməsi;
- ştat sayının “Azərbaycan Respublikası dövlət ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların nümunəvi ştatları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 may tarixli 59 nömrəli Qərarı ilə müəyyənləşdirilməsi.
Oxunub: 742