"Buraxılış imtahanları XI siniflər üçün ötən il apreldə keçirilirdi. DİM bu barədə açıqlama verib, bu barədə qərarları bir yerdə veririk".
APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Təhsil naziri Ceyhun Bayramov bildirib.
Nazirin sözlərinə görə, ötən illər aprel və may ayı ilə bağlı mövzular imtahana daxil edilmirdi: “İyun ayında keçirilən ilk qəbul imtahanında DİM proqramı əvvəldən elan edir. İndi xüsusi məsələ nəzərə alınaraq həm onlayn, həm teledərslərdən istifadə etməklə məzmun çatdırılıb. Son 2-3 aydakı dərs proqramının məzmunlarının qəbul imtahanlarına salınmaması məsələsinə müsbət baxıla bilər. Müəyyən suallar ola bilər müəyyən kompetensiyalar, səriştələri əhatə edir, bu isə illər ərzində formalaşır.
DİM ümumtəhsilin dövlət standartları əsasında imtahan sualları hazırlayır. Buraxılış imtahanında son ayların məzmununa az yer verilir. Martın 11-dən teledərslərə start verilib. Bu isə orta məktəb proqramının hər bir mövzusunu tədris etmək imkanı yaradır. Virtual məktəb də yalnız teledərslərdəki dərslərin möhkəmlənməsinə hesablanıb. Şagirdlərin teledərslərə baxması vacibdir, müəllimlər hər bir dərslə bağlı izahlar verirlər. IX və XI siniflərdə buraxılış imtahanlarına məsuliyyətlə yanaşan hər bir şagirdin öyrənmək imkanı olur”.
Oxunub: 781