dini radikalizm və ekstremizmlə mübarizə

Təhsil naziri: "Yeni reallıqlara uyğun olaraq imtahanların keçirilməsi planları hazırlanır"


“İmtahanlar əsas sual doğuran məsələlərdən biridir. Bunu Dövlət İmtahan Mərkəzi ilə müzakirə edirik".

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Təhsil naziri Ceyhun Bayramov bildirib. Onun sözlərinə görə, yeni reallıqlara uyğun olaraq imtahanların keçirilməsi planları hazırlanır: "İmtahan tarixləri mövcud vəziyyətə uyğun olaraq təqdim ediləcək. Ötən həftə rektorlarla geniş videokonfransımız oldu. Hazırda tətbiq edilən yanaşma və növbəti aylarda bu ilin yaz semestri ilə bağlı qiymətləndirmənin hansı üsulla aparılması barədə təkliflər hazırlanır. Baş nazirlə də ilkin müzakirələr həyata keçirmişik. Çevik modellərdən istifadə oluanacaq".

Oxunub: 659
Oxşar xəbərlər
SON XƏBƏRLƏR