"Hazırda rezidenturaya qəbul olmaq üçün 100 baldan 40 bal toplamaq lazımdır".
APA-nın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzində rezidenturaya qəbul qaydalarında edilmiş dəyişikliklərlə bağlı keçirilən mətbuat konfransında Yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri Natiq Əliyev bildirib.
Onun sözlərinə görə, 2020-2021-ci tədris ilində də rezidenturaya qəbul qaydalarında bu müsabiqə şərti saxlanılacaq: "Amma növbəti illərdə bu məsələyə baxılacaq. 40 bal aşağıdır, dünya təcrübəsində 50 faiz bal toplamaq lazımdır. Yəqin ki, növbəti illərdə dəyişiklik ediləcək".
Oxunub: 710