dini radikalizm və ekstremizmlə mübarizə

Təhsil Nazirliyinin Ərazi Maliyyə Hesablaşma mərkəzlərinin işçilərinin maaşları artırılıb

Təhsil Nazirliyinin Ərazi Maliyyə Hesablaşma mərkəzlərinin işçilərinin maaşları artırılıb

Təhsil Nazirliyinin Ərazi Maliyyə Hesablaşma mərkəzlərinin işçilərinin aylıq vəzifə maaşları artırılıb.

APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” qərarda dəyişiklik edib.

Beləliklə, Mərkəzin rəisinin maaşı 572 manatdan 790 manata, Mərkəzin rəisinin müavininin maaşı 451 manatdan 625 manata, aparıcı məsləhətçinin maaşı 330 manatdan 460 manata, məsləhətçinin maaşı 325 manatdan 455 manata, avtomobil sürücüsünün maaşı 210 manatdan 320 manata, kargüzarın maaşı 195 manatdan 295 manata, xadimənin maaşı 180 manatdan 260 manata qaldırılıb.

Bu qərar 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.

Qeyd edək ki, Təhsil Nazirliyinin regionlarda 15 ərazi maliyyə hesablaşma mərkəzi var.

Oxunub: 869
Oxşar xəbərlər
SON XƏBƏRLƏR