dini radikalizm və ekstremizmlə mübarizə

Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin dərs yükü norması və maaşı artırılacaq

Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin dərs yükü norması və maaşı artırılacaq
“Diaqnostik qiymətləndirmənin nəticələrinə əsasən, müəllimlərin bilik və bacarıq səviyyələri müəyyənləşdiriləcək. Eyni zamanda, dərs yükü norması və əməkhaqqı artırılmaqla onların maddi rifahı yaxşılaşdırılacaq”.

APA-nın xəbərinə görə, bunu Təhsil İşçilərinin Peşə İnkişafı İnstitutu nəzdində İnsan Resursları Mərkəzinin rəhbəri Murad Camalzadə deyib.

Onun sözlərinə görə, diaqnostik qiymətləndirmədən keçən müəllimlər inkişaf yönümlü təlimlərə cəlb olunacaq.

M. Camalzadə qeyd edib ki, ötən il keçirilən diaqnostik qiymətləndirmədə iştirak edən müəllimlər budəfəki qiymətləndirmədə də iştirak edir.

Qeyd edək ki, bu gündən Azərbaycan Texniki Universitetində müəllimlərin bilik və bacarıqlarının növbəti diaqnostik qiymətləndirilməsinə başlanılıb.

Oxunub: 1 026
Oxşar xəbərlər
SON XƏBƏRLƏR