dini radikalizm və ekstremizmlə mübarizə

Filologiya fakültəsinin tələbələri qonaqlara “açıq dərs”keçdilər

1919-cu ildə yaradılan Bakı Dövlət Universitetinin (BDU) gözəl ənənələri var: Bu təhsil ocağında təhsil alan gənclərin biliklərinin qiymətləndirilməsi zamanı ədalət hissi qorunur.Burda tələbələrin inkişafı üçün lazımi şərait yaradılıb.Filologiya fakültəsi də bu qəbildəndir.
Aprelin 5-də BDU Filologiya fakültəsinin Tələbə Elmi Birliyi və Yunus Emre Ensitütü nümayəndələrinin birgə təşkilatçılığı ilə "Türkün qan yaddaşı: Çanaqqala və Qarabağ şəhidləri" adlı tədbir keçirildi. Tədbirdə fakültə rəhbərliyi, Qarabağ qaziləri və Türkiyəli qonaqlar iştirak edirdi. Tədbiri BDU-nun I kurs tələbələri - Murad Əmənov və İntizar Əlizadə açdı. Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyətinin Dövlət Himnləri səsləndi, cəmi şəhidlərimizin əziz xatirəsi 1 dəq. Sükutla yad edildi. Filologiya fakültəsinin dekanı Elçin Məmmədov tədbir iştirakçılarını salamladı. O, son 200 il ərzində erməni millətçilərinin bütövlükdə türk dünyasına qarşı apardığı təcavüzkarlıq siyasətindən danışdı. “Xocalı Soyqırımını Tanıtma”ictimai birliyinin sədri, “fact-info.az” və “xebertv.az” saytlarının redaktoru, Qarabağ qazisi Şamil Sabiroğlu, həmin təşkilatın sədr müavini Dilbər Sultanova, “Həqiqət”tarixi araşdırmalar ictimai birliyinin sədri, Qarabağ qazisi Əlövsət Qasımov, həmin Təşkilatın İcraçı direktoru Rumanə Əmirəliyeva, “Yunus Emre” İnstitutunun rəhbəri Cihan Özdemir, BDU-nun əməkdaşı xanım Funda Bugan, Xocalı sakini, II dərəcəli müharibə əlili Kərbəlayi Hüseynağa Quliyev, BDU-nun filologiya fakültəsinin əməkdaşı, Tələbə-Elmi Birliyinin rəhbəri Pərvin çıxış edərək torpaqlarımızın düşmən tapdağından azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qayıtmaları üçün hamını birliyə səslədilər. Filologiya fakültəsinin tələbəsi Aygün Əlizadənin ssenarisi və rejissorluğu ilə hazırlanmış "Türkün qan yaddaşı: Çanaqqala və Qarabağ şəhidləri" adlı bədii proqram nümayiş edildi. Filologiya fakültəsinin tələbələri-Aygün Əliyeva, Murad Əmənov, İntizar Əlizadə, Könül Tağızadə,Səbinə Qurbanova, Mətanət Rəcəbli, Nərminə Fazilova, Elnarə Talıbova, Rəsul Həmidov, Əliqulu Bədirli, Simarə Məmmədova, Rəhiməxanım Mürvətova, habelə, musiqiçilər-Xəyal Hüseynov, Elxan Bağırlı, Bəxtiyar Hüseynov tamaşaçılara “açıq dərs” keçdilər.
Tədbir birlik, bərabərlik haqqında gözəl şeir-musiqi nömrələrilə başa çatdı.

Şamilə Şamilqızı,
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin II kurs tələbəsi

Oxunub: 1 081
Oxşar xəbərlər
SON XƏBƏRLƏR