226 nömrəli tam orta məktəbin 1a və -2c sinif şagird və müəllimləri ilə başladığımız "Canlıları sevək, mərhəmətli olaq təbiəti qoruyaq " adlı layihəmizin ikinci hissəsi olaraq (qeyd: 1ci hissədə məktəb həyətindəki quşlar və digər canlılar üçün sığınacaq hazırlanmışdı) bu gün Qaradağ rayonunda yerləşən İDEA HEYVANLARA QAYĞI MƏRKƏZİNDƏ olduq. Sığınağın baş bələdçisi Heyran Hüseynova uşaqlara sığınaqdakı heyvanlarla davranmaq qayğı göstərmək haqqında məlumat verdi. Şagirdlər sığınağa apardıqları heyvan qidalari ilə onları bəslədilər. Heyran xanım bu təşəbbüsü bəyənərək bu təşəbbüs üçün məktəbin müəllimlərindən Samirə Cəfərova və Vüsalə müəlliməyə təşəkkürünü bildirdi.
Qeyd edim ki, layihənin digər hissəsinə təbiətin digər canlıları olan bitkilərə ağaclara qulluq və maarifləndirmə yönündə məqalələr daxildir.