dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycan vətəndaşları Gürcüstanda daimi yaşayan əcnəbilərin ilk beşliyindədir

Azərbaycan vətəndaşları Gürcüstanda daimi yaşayan əcnəbilərin ilk beşliyindədir

Gürcüstanda daimi yaşayan xarici ölkə vətəndaşlarının sayı 133 857 nəfərdir.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

Gürcüstan əhalisinin 2024-cü il üzrə siyahıyaalınmasına əsasən, say baxımından qonşu ölkədə daimi yaşayış hüququna malik əcnəbilərin ilk beşliyində Rusiya, Hindistan, Ukrayna, Azərbaycan və Ermənistan vətəndaşları yer alıb.

Azərbaycan vətəndaşlarının sayı 8 309 nəfər təşkil edir ki, bu da son siyahıyaalınmanın aparıldığı 2014-cü illə müqayisədə 5 073 nəfər və yaxud 2,5 dəfə çoxdur.

Oxunub: 0
Oxşar xəbərlər
SON XƏBƏRLƏR