dini radikalizm və ekstremizmlə mübarizə

“Proqressiv vergi ədalətlidirmi?” mövzusunda debat


Xəzər Universiteti İqtisadiyyat və menecment fakültəsinin tələbələri arasında 2026-cı il mayın 15- də “Proqressiv vergi ədalətlidirmi?” mövzusunda debat keçirilib. Tədbiri fakültənin dekanı Dr. Dilarə Rəsulova açıb.

Sonra söz münsiflər heyətinin üzvlərinə verilib. Münsif qismində Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin baş vergi xidməti müşaviri, PhD İmran Qarayev və BP

Exploration (Caspian Sea) Ltd-nin (AGT region) vergilər üzrə baş meneceri, eyni zamanda, İqtisadiyyat və menecment departamentinin müəllimi Ceyhun Məmmədov çıxış ediblər.

Karl Popper formatında təşkil olunan debatda fakültənin 2-ci il tələbələri Nuran Əliyeva (Maliyyə ixtisası), Mariya Bağırzadə (Biznesin idarə edilməsi ixtisası), Türkan Allahverdiyeva (Maliyyə ixtisası) və 1-ci il tələbəsi Orxan Mövsümov (Marketinq ixtisası) iştirak ediblər. Tələbələr mövzu ətrafında maraqlı fikirlər səsləndirərək proqressiv vergi sisteminin üstün və zəif tərəflərini müzakirə ediblər.

Debatın sonunda münsiflər heyəti vergi sahəsində ekspert rəylərini bölüşüb, tələbələrin çıxışlarını yüksək qiymətləndirərək, onların analitik düşüncə və nitq bacarıqları ilə bağlı fikirlərini bildirərək, gələcək fəaliyyətləri üçün faydalı tövsiyələr veriblər.

Oxunub: 0
Oxşar xəbərlər
SON XƏBƏRLƏR