Dünyanın əsrarəngiz mətləblərini özünəməxsus duyum və fəhmlə araşdıran həkim-alim, “Alternativ Psixologiya” elminin müəllifi, tibbi biologiya elmləri doktoru, professor, Oksford Universitetinin Akademiki, Azərbaycan Təhsil İnstitutunda fəaliyyət göstərən “Psixogigiyena və tibbi-psixoloji diaqnostika” laboratoriyasının müdiri, illərin dostu Yaşar Saday oğlu İbadovu ömür təqviminin 66 illiyi münasibətilə “Xızır timsallı məqam” adlı yazımla təbrik edirəm.
XIZIR TİMSALLI MƏQAM
Dastan dili ilə desək, göz evi örtülü, könül evi açıq olan Murad, Yusifi Züleyxaya yetirən badələrdən olan eşq camını Yaşar həkimin əlindən alıb içəndən sonra həyacandan sinəsi korun-korun közərən dəmirçi körüyünə bənzəyirdi. Elə bil, ürəyi indicə yerindən çıxacaqdı... hər şey kinolent kimi gözünün önündən gəlib keçdi. Murad o yay Türkiyənin istirahət mərkəzlərinin birindəydi. Hadisə bir göz qırpımında baş verdi. Hovuzda huşunu itirmiş tanımadığı qızı boğulmaqdan son anda xilas etmiş və xəstəxanaya da özü çatdırmışdı. Pərvənə gözlərini açıb özünə gələndə başının üstündə ilk olaraq xilaskarını görmüşdü...
O gün baş verən xoşagəlməz hadisə vaxtı tanımışdı Pərvanəni. Qəribə, anlaşılmaz hisslər bürüdü onu. Bir ilə yaxın vaxt ötüb o gündən… Birdən-birə, xilas etdiyi o qızı görmək sevdası baş qaldırmışdı qəlbində.
Murad Pərvanənin başına pərvanə tək dolanmaq, gözlərini zilləyib onun gözlərinə baxmaq istədi…dilindən xəfif pıçıltı, köksündın narın sızıltı keçdi…
Murad bu səhər yuxudan gec ayılmışdı. Əslində ayılmaq belə istəməmişdi. Aramsız telefon zəngləri onu butasından-Pərvanədən ayırdı.
Yazdığım bu epizod real həyat hadisəsidir. Yazını “dastan dili” ilə başlamağımın isə əsaslı səbəbi var. Muradla bağlı hadisənin təfsilatından öncə bir haşiyə çıxmaq istərdim.
Şifahi xalq ədəbiyyatımızın dastan incilərindən olan “Abbas və Gülgəz” də mifik təfəkkür dünyasından qaynaqlanan belə bir epizod var: Bir gün Аbbаs dostu Sаqi ilə bаğа gəzməyə gеtmişdi. Bir qədər gəzəndən sonrа hərəsi uzаnıb bir аğаcın dibində yаtdı. Sаqi bir vахt yаtаqdаn qаlхıb gördü ахşаmdı, аmmа Аbbаs yuхudаn hələ аyılmаyıb. Nə qədər еlədi, Аbbаsı аyıldа bilmədi. Tеz gеdib Аbbаsın аnаsınа, bаcısınа, qonşulаrınа хəbər еlədi. Səs düşdü, hаmı tökülüb gəldi. Nə qədər еlədilər Аbbаsı oyаdа bilmədilər. Onu еlə yuхulu götürüb еvə gətirdilər. Bütün rəmmаllаr, qаrılаr yığıldılаr, bunu hərə bir yеrə yozdu. Kimi dеdi dəli olub, kimi dеdi bаşınа hаvа gəlib. Bir qаrı onun nəbzini tutub dеdi:
– O еşq yuхusundаdı, sаbаh аyılаcаq.
Sаbаh аçılаn kimi Аbbаs yuхusundаn аyılıb dеdi:
– Аnа, bu cаmааt burа niyə yığılıb?
Аnаsı əhvаlаtı onа söyləyib dеdi:
– Oğul, dərdin nədi?
Аbbаs dеdi:
– Bir ucu çömçə, bir ucu nimçə gətirin, dərdimi dеyim.
Gеdib Аbbаsа bir sаz gətirdilər. Аbbаs sаzı sinəsinə bаsıb, görək nə dеdi:
Ruzi-əl-məhşərdə mövlаm еşqinə
Içmişəm kövsərdən bir cаmi-ləziz.
Iskəndər ахtаrdı, tаpıb içmədi,
Хızır içdi oldu cəvаnü əziz…
Anası dеdi:
– Oğul, mən indi bаşа düşdüm. Bir qızа аşiq olmusаn. Dе görüm, kimə аşiq olmusаn? Sеvgilin hаrаlıdır?
Аbbаs dеdi:
– Аnа, qulаq аs, dеyim. Аldı Аbbаs, görək nə dеdi:
Аğаlаr аğаsı, аğаlаr хаsı,
Аnа, mövlаm mənə butа vеribdi.
Düldülün sаhibi, Qənbər аğаsı,
Аnа, mövlаm mənə butа vеribdi.
Mənim аğаm Şаhi-Mərdаn Əlidi.
Hökm еyləsə, düşmən bаğrın əridi,
Аbbаs dеyər: yаrım аdı Pəridi,
Аnа, mövlаm mənə butа vеribdi… Qeyd edək ki, kökü çağdaş dövrümüzdən çox-çox öncəki zamanlardan qaynaqlanan buta mifoloji səciyyə daşıyan yuxu obrazları şəklində təzahür etməklə, müasir zamanda həyat həqiqəti olaraq reallıq baxımından da öz təsdiqini tapmaqdadır. Muradın butası, Pərvanənin ağ atlısı tək. Buradə sadəcə olaraq “buta verən” və “eşq badəsinin verilmə mexanizmi” fərqlidir. Dastanlarımızda yuxuda eşq badəsini dərviş, ya Xızır, ya Əli, ya da hatifdən – qayibdən gələn sehrli səs sahibi içirirsə, gerçək həyatda isə bu missiyanı həyata keçirməyə qadir olan, həyat kredosu xaliqə məhəbbət, xilqətə mərhəmətdən yoğrulmuş işıqlı insan, alim-həkim, Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu Psixogigiyena və Tibbi Psixoloji Diaqnostika
Laborotoriyasının müdiri, alternativ psixologiya elminin müəllifi, tibbi biologiya elmləri doktoru, professor Yaşar Saday oğlu İbadovdur.
...Son vaxtlar Pərvanə yaman qaradinməz olmuşdu. Qız ata-anasının gözü qarşısında gün-gündən şam tək əriməkdə, gül kimi solmaqdaydı. Bir neçə həkimə aparıb müayinə etdirsələr də əlac yox idi ki, yox idi. Pərvanənin anası Arzu müəllimə qızının bu halından lap üzülmüşdü.
Ananı ən çox narahat edən bir də qızının yuxuda sayaqlamaları idi. Gecələrin birində Pərvanə yenə sayaqlayır-kiminləsə danışırdı. Ana səsə oyandı. Qızının yuxudakı “dialoqu” onu çox təsirləndirdi. Bəli, məsələ aydın idi. Qızı vurulmuşdu, amma kimə bunu özlüyündə aydınlaşdıra bilmədi. Qərara gəldi ki, səhər açılan kimi qızı ilə bu barədə söhbət etsin. Elə də etdi. Pərvanə sıxıla-sıxıla sevdiyi oğlanın Murad olduğunu söyləsə də, əvvəlcə ana bir şey anlamadı. Pərvanə sevdiyinin, ötən il anası ilə birlikdə Türkiyədə istirahətdə olarkən tanış olduğu, daha doğrusu suda onu boğulmaqdan xilas edən oğlanın oldğunu deyəndə, Arzu müəllimə təəccüblə qeyri-ixtiyari dilləndi:-Necə? Necə?.. Siz bəyəm görüşürsünüz?
-Yox, ay ana! Türkiyədə gördüyümdür, Bakıda heç rastlaşmamışıq. Amma...
Artıq hər şey məlum idi. Qızı sevir, oğlanınsa heç xəbəri yox... Arzu müəllimə fikir dəryasına ha baş vurdu, ağlabatan nəticəyə gələ bilmədi. Fikirləşdi ki, məhrəmlərinə, rəfiqələrinə necə desin ki, qızım vurulub...
Günlərin birində ürək qızdırdığı rəfiqələrindən birinə bu barədə danışıb, məsləhət istəyir. Rəfiqəsi isə ona məsləhət görür ki, sənin də tanıdığın bir həkim var, qızı onun yanına apar. Əminəm ki, o öz elmiylə qızının “dərdinə” əlac edər.
Arzu müəllimə əvvəlcə tərəddüd edir ki, bəs burda elmlik bir iş yoxdur axı. Rəfiqəsi professorun nəyə qadir olduğuna dəlillərlə onu inandırandan sonra, qızını da götürüb Yaşar həkimin yanına gətirir. Yaşar həkim ananı və qızı diqqətlə dinlıdikdən sonra qıza kömək edəcəyini bildirir. Beləcə müalicə -seansa başlayır. Bir neçə seansdan sonra məlum olur ki, oğlan da qızla maraqlanır. Bir müddətdən sonra isə bu maraq qarşılıqlı sevgi və ailə həyatı ilə nəticələnir.
Görkəmli ədəbiyyatşünas alim, mifoloq, filologiya elmləri doktoru, professor Mirəli Seyidov buta ilə bağlı fikrində yazır ki, yazı gətirən Xızır gəncliyə buta, istilik verməklə, onları yeni həyata hazırlayır, canlandırır. Dediyimiz kimi, buta həm də “qöncə” deməkdir. Qönçənin şəklinə diqqət yetirsək, görərik ki, onun odla, istiliklə bağlı olduğunu gözə çarpdırmaq üçün xalq sənətkarları - naxışçılar, memarlar, xalçaçılar, dulusçular və başqaları onun başını sağa əymişlər. Guya külək onun şöləsini tərpədir. Bu da təsadüfi deyildir. Bəllidir ki, oğuzlarda sağ həm də günçıxanın (gündoğanın) rəmzi imiş. Günçıxan isə Günəşlə bağlıdır. Butanın başının (şöləsinin) sağa əyilməsi onu Günəşlə əlaqələndirmək əlamətidir. Deməli, buta istiliklə, odla, Günəşlə, Dünya ağacı ilə bağlı mifoloji məna daşıyan sözdür, rəmzdir, nurlu-odlu içkidir...
Təsadüfi deyil ki, gələcəyin aşiqləri gənclərə badə verən Xızır və onun təqdim etdiyi badə də od kimidir, nur saçır. “Novruz diqqətlə dərvişə baxanda gördü ki, həm dərvişdən, həm də badədən bir nur qalxıb asimana bülənd oldu”; həm Xızırın özü, həm də verdiyi badə nurludur - işıqlıdır, odludur. Elə buna görə də gənc belə badəni içəndən sonra sinəsi od tutub yanır. Axı nuru-işığı “asimana bülənd” edən Xızır da, badə də Günəşlə – yağışla bağlıdır. Xızırın və onun badəsinin nurlu olması təsadüfi deyil, onlar yazın istisi, odu ilə sıx bağlıdırlar. Ona görə də Xızırın badəsini içən gəncin sinəsi odlanır. O, dərhal ilhama gəlib aşıq olur. Xızırın gənclərə verdiyi buta nədir? Bunun nə olduğunu aydınlaşdırmaq üçün “buta” sözünün həm lüğəmi, həm mifoloji mənalarına diqqət yetirək. “Buta”nın türk dillərinin çoxunda “şüvül”, “çubuq”, “hörük”, “çiçək hörüyü”, “şaxələnmə”, “qönçə”, “badamvari naxış” və s. mənaları vardır.
Diqqət edilərsə, görərik ki, butanın “qönçə”, “şüvül”, “şaxələnmə” mənaları onu istər-istəməz ağac, bitki mifi ilə bağlayır. Əsasən, yazla bağlı qönçə, şaxələnmə artımıdır. Bu, Dünya ağacı mifinin atributu, əlamətidir. Dünya ağacı kainatın yaradıcısı olduğu üçün , o həm də yaranışın, artımın da mifi sayılmışdır. Deməli, onun əlaməti, atributu - buta gəncliyə verilərkən onlar bir-birini sevməlidirlər ki, yeni ailə yaransın, artım olsun”.
Professor Yaşar İbadov “Valideynlərin yeni və sağlam nəsil üçün hazırlanması” məqaləsində yazır: “Günəş fəzada bütün planetlərlə birlikdə öz hərəkətində 8 rəqəmi formasında trayektoriya cızır. Günəş hərəkət etməklə yanaşı onun ətrafında bütün planetlər də hərəkətdədir. Bu şəkildə Günəşin ətrafında Yerin hərəkəti, eyni zamanda Yerin ətrafında Ayın hərəkəti təsvir edilmişdir. Göründüyü kimi Ayın Yer ətrafında bir spiralvari hərəkəti və Yerlə birlikdə Günəş ətrafında ikinci spiralvari hərəkəti təsvir edilmişdir. Bu hərəkətin spiralvari olmaqla hər bir budağı - elementi ayrı-ayrılıqda bir-birinin təkrarıdır. Həmin bu təkrar olunan simvol Alternativ psixologiya elminin psixoqrafiya metodunda “həyat açarı” adı almışdır.
Alternativ psixologiyanın metodologiyasında əsas yer tutan “psixoqrafiya” metodu vasitəsi ilə tapılmış bu yeni simvol - “həyat açarı” simvolu da psixi enerji dalğasının müəyyən bir təkrarlanan fazasını simvolizə edir. Həmin simvol həyat dalğasının hərəkət formasıdır və özündə dalğaların enerjisini, həm də informasiyasını saxlayır. “Həyat açarı” simvolu kainatdakı bütün ritmləri özündə əks etdirən spiralvari hərəkətin bir fraktal elementidir”.
Yaşar İbadovun eşq badəsini içirdiyi, buta verdiyi Muradla Pərvanənin ailə səadətinə qovuşması onlarla bele örnəklərdən sadəcə biridir. Cəmiyyətin saflığı, insanlığın ülviliyi sevgidən, ailə səadətindən keçir. Əbəs yeri deyilmir ki, ailə kiçik dövlətdir. Hörmətli professorumuzun elmi, dühası, xidməti şəfa ünvanında bütövlükdə insanlığa buta, buta verməsi isə Xızır timsallı məqamdır.
Sənin idrakında dünyanın dərkı,
Məsum körpə kimi insanın ilkı…
Bəşər övladısa özünü çoxdan
Körpəsiz beşiktək dərk edir sanki.
Ağac da, heyvan da, quş da, böcək də,
Böyük Yaradana edirlar səcdə.
Bəşər ovladısa ilkindən uzaq,
İblis əməllərlə gəlibdir vəcdə...
Bir qara qəvvəsə insan bilgisi,
Haqdan uzaq olar məram-segisi.
Hər kəsin əlində əməl dəftəri,
Qutsal Kitabımız Tanrının səsi…
Dünya təzadıyla qaralı-ağlı,
Doğma yurdun Ağdam aranlı-dağlı...
Haqqa, həqiqətə etibarın var,
İşıqlı insanlar Rəbbinə bağlı.Ömür təqviminin 66 illiyi gözünə-könlünə köçən gözəlliklər, uğurlu özəlliklərlə qutlu olsun, dəyərli alim-aydınımız Yaşar həkim!
Tapdıq ƏLİBƏYLİ
Oxunub: 0