dini radikalizm və ekstremizmlə mübarizə

Gənc sahibkarlığın inkişafını dəstəkləyən yeni layihəyə başlanılıb



Ağcabədi rayonunda "Sahibkarlıq subyektləri üçün gənc bacarıqların səfərbər edilməsi proqramı" layihəsinin açılış mərasimi keçirilib.

21 oktyabr 2025-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialında keçirilən tədbirdə layihə rəhbəri Radə Qafarova, Ağcabədi rayon İcra Hakimiyyətinin Sosial - iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Əlizamin Qarayev, Ağcabədi KOB dostu Mədət Abbasov, ADPU Ağcabədi filialının Pedaqogika, psixologiya və onların tədrisi texnologiyası kafedrasının müdiri, p.ü.f.d., baş müəllim Tahir Kərimli, Ağcabədi Peşə məktəbinin direktoru Fərrux Rəhimli, sahibkarlar və gənclər iştirak edib.

Açılış mərasimində layihə rəhbəri Radə Qafarova təqdimatla çıxış edərək layihənin məqsədindən və rayon gəncləri üçün əhəmiyyətindən bəhs edib. Bildirib ki, regionlarda fəaliyyət göstərən sahibkarlıq subyektləri kadr çatışmazlığı və işçi qüvvəsinin keyfiyyət problemi ilə üzləşir. Gənclər isə sahibkarlıq və əmək bazarına inteqrasiya olunmaqda çətinlik çəkirlər. Bu bölgələrdə məşğulluğun təmin edilməsi və və sahibkarlığın inkişafı üçün çətinliklər yaradır. Müvafiq layihə tərəflər üçün qarşılıqlı fayda yaradır.
Eyni zamanda layihə gənclərin bilik və bacarıqlarını sahibkarlıq subyektləri üçün dəyərə çevirmək məqsədi daşıyır. Layihə çərçivəsində gənclər üçün sahibkarlıq və əmək bazarı üzrə praktiki təlimlər keçiriləcək, onlar kiçik və orta sahibkarlıq subyektləri ilə əməkdaşlığa cəlb olunacaqlar. Bu əməkdaşlıq vasitəsilə həm gənclər təcrübə və iş imkanı qazanacaq, həm də sahibkarlar ixtisaslı insan resursları ilə təmin olunacaq.
Sonra digər çıxışçılar qeyd ediblər ki, dünya təcrübəsində KOB subyektləri yeni iş yerlərinin yaradılmasında aktiv iştirak edir. Gənclərin kiçik sahibkarlıq, özünüməşğulluq imkanlarının artırılması cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edir. Belə layihələr bu sahədə faydalıdır.
Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, "Sahibkarlıq subyektləri üçün gənc bacarıqların səfərbər edilməsi proqramı" layihəsinin həyata keçirilməsinə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən elan edilmiş 7-ci qrant müsabiqəsi çərçivəsində qrant ayrılıb.

Esmira Hidayətova, Mingəçevir


Oxunub: 18
Oxşar xəbərlər
SON XƏBƏRLƏR