dini radikalizm və ekstremizmlə mübarizə

Mingəçevirdə 15 iyun Milli Qurtuluş gününə həsr olunmuş məhəllələr arası mini futbol turniri keçirilib


Mingəçevir şəhər İcra Hakimiyyətinin, Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin və Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 15 iyun Milli Qurtuluş gününə həsr olunmuş məhəllələr arası mini futbol turniri keçirilib. Tədbirin keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi olub.
Turnir 2012, 2013 və 2014-cü il təvəllüdlü yeniyetmə və gənclərin iştirakı ilə üç yarım qrupda keçirilib. Yarışda 12 komanda mübarizə aparıb. 18.06.2025-ci il tarixdə şəhərin A.Qurbanı küçəsində yerləşən futbol meydançasında turnirin final mərhələsi baş tutub. Finalda 1 saylı Mənzil İstismar Sahəsinin komandası qalib olarq birinci yeri tutub. Tədbirin mükafatlandırma mərasimində şəhər İcra Hakimiyyətinin, Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin və Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin, əməkdaşları iştirak edib. Sonda qalib komandalar diplom, kubok və medallarla təltif olunub.

Esmira Hidayətova







Oxunub: 284
Oxşar xəbərlər
SON XƏBƏRLƏR