dini radikalizm və ekstremizmlə mübarizə

Mingəçevir şəhər İcra Hakimiyyətində İctimai təşkilatların sədrləri ilə görüş oldu



Novruz bayramı ərəfəsində şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ictimai təşkilatların sədrləri ilə görüşmüşdür. Keçirilən görüşdə Şəhid ailələri ictimai birliyinin sədri İranə Həsənova, Mingəçevir şəhər Ağsaqqallar Şurasının sədr Mustafa Muradov, Qarabağ Əlilləri və Şəhid ailələri cəiyyətləri ictima birliyinin sədri Əlağa Bəndəliyev, Qarabağ qaziləri ictimai birliyinin sədri Məxluq Həsənov iştirak edirdilər.
Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov görüş iştirakçılarını salamlayaraq qarşıdan gələn Novruz bayramı münasibətilə onları təbrik etmiş, ölkəmizdə Qarabağ əlillərinə və Şəhid ailələrinə göstərilən diqqət və qayğıdan bəhs etmiş, ölkə rəhbərinin tapşırıq və göstərişlərinə müvafiq olaraq bu qəbildən olan insanlara qayğı göstərildiyini bir daha diqqətə çatdırmışdır. Bu baxımdan Mingəçevirdə məskunlaşan Şəhid ailələrinə, Vətən müharibəsində mərdliklə vuruşaraq qazi olmuş sakinlərə hər an qayğı göstərildiyini bildirmişdir. Novruz bayramı ərəfəsində şəhər İcra Hakimiyyətinin xətti ilə Şəhid ailələrinə və müharibə əlillərinə dəstək durulduğunu xatırlatmışdır. Cəmiyyət sədrlərinə bildirilmişdir ki, onların Novruz bayramlarını təbrik etmək üçün şəhər İcra Hakimiyyəti tərəfindən 504 ailəyə ərzaq bağlaması hazırlanmış və onlar sizin dəstəyinizlə Şəhid ailələrinə və müharibə əlillərinə çatdırılacaqdır.
Görüşdə cəmiyyət sədirlərindən İranə Həsənova, Əlağa Bəndəliyev çıxış edərək göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə və şəhər İcra Hakimiyyətinə minnətdarlıqlarını bildirmişlər. Görüşdən xatirə olaraq şəkillər çəkdirilmişdir.

Esmira Hidayətova,Mingəçevir.




Oxunub: 149
Oxşar xəbərlər
SON XƏBƏRLƏR